“Eliko” şirkəti qanun və qaydaları pozur - 2025-DƏ 3 DƏFƏ MƏCBURİ GÖSTƏRİŞ VƏ CƏRİMƏ
Azərbaycan Mərkəzi Bankı Valyuta mübadilə məntəqələri “Eliko” MMC-yə və “Meta-Kapital” MMC-yə icrası məcburi göstərişin verilməsi barədə məlumatlar yayıb.
Marja.az məlumatlara istinadən xəbər verir ki, “Eliko” MMC tərəfindən 2025-ci ilin fevral ayının sonuna aylıq hesabatlarının “Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması və valyuta mübadiləsi fəaliyyətinə nəzarət Qaydası”nın 7.1-ci bəndinin tələbləri pozularaq təqdim edilməməsinə görə “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununun 13-7.1.2-ci maddəsinin tələblərini rəhbər tutaraq Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən “Eliko” MMC-yə bu hesabatları qanunvericiliklə müəyyən edilmiş vaxtda təqdim edilməsi ilə bağlı icrası məcburi göstəriş verilmişdir. Göstəriş Mart ayında verilib.
“Meta-Kapital” MMC tərəfindən 2025-ci ilin fevral ayının sonuna aylıq hesabatlarının “Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması və valyuta mübadiləsi fəaliyyətinə nəzarət Qaydası”nın 7.1-ci bəndinin tələbləri pozularaq gecikmə ilə təqdim edilməsinə görə “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununun 13-7.1.2-ci maddəsinin tələblərini rəhbər tutaraq Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən “Meta-Kapital” MMC-yə bu hesabatları qanunvericiliklə müəyyən edilmiş vaxtda təqdim edilməsi ilə bağlı icrası məcburi göstəriş verilmişdir. Göstəriş Mart ayında verilib.
Qeyd edək ki, 2025-ci ilin yanvar ayında Mərkəzi Bankı “Eliko" MMC-nin vəzifəli şəxsinin inzibati məsuliyyətə cəlb olunması barədə məlumatlar ayıb. Belə ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində valyuta tənzimi haqqında qanunvericiliyin tələblərinin pozulmasının aşkarlanması ilə əlaqədar "Eliko" MMC-nin vəzifəli şəxsi Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə müvafiq olaraq, 1 500 (min beş yüz) manat məbləğində cərimə edilmişdir.
Həmçinin, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində valyuta tənzimi haqqında qanunvericiliyin tələblərinin pozulmasının aşkarlanması ilə əlaqədar “Eliko" MMC-nin vəzifəli şəxsi İnzibati Xətalar Məcəlləsinin 430.3-cü maddəsinə müvafiq olaraq, 10 334 (on min üç yüz otuz dörd) manat məbləğində cərimə edilmişdir.
Əlavə edək ki, MərkəziBank yanvar ayında "Bakı Mərkəzi Valyuta" MMC-nin vəzifəli şəxsinin inzibati məsuliyyətə cəlb olunması barədə də məlumat yayıb. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində valyuta tənzimi haqqında qanunvericiliyin tələblərinin pozulmasının aşkarlanması ilə əlaqədar "Bakı Mərkəzi Valyuta" MMC-nin vəzifəli şəxsi Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə müvafiq olaraq, 1 000 (bir min) manat məbləğində cərimə edilmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 8 saat sonra
-
- 3 saat sonra
-
13 saat əvvəl
219 təmirli mənzil kirayə yolu ilə vətəndaşlara satılır - aylıq ödəniş 347 manatdan başlayır
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
"Zəngəzur dəhlizinin açılması bütün Mərkəzi Asiya ölkələrinə fayda gətirəcək"
-
13 saat əvvəl
“Kristal”dan şəhər həyatında fərq yaradan “Geniş və funksional həyət” konsepti!
-
13 saat əvvəl
Ekstra Qarantiya Çin avtomobillərinə də zəmanət təqdim edir!
- 13 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Bank Zəfər Gününə özəl, daha aşağı faizlə kredit verir
BOKT illik 18 faizlə 1 milyon manat cəlb edir
Ekstra Qarantiya Çin avtomobillərinə də zəmanət təqdim edir!
Ən çox oxunanlar
"Özbəkistan Azərbaycana 21,8 milyon dollar, Azərbaycan Özbəkistana isə 183,5 milyon dollar sərmayə qoyub"
"Prime Cotton" sənaye avadanlıqlarının satışını elan edir
Dövlət Gömrük Komitəsi büdcə tapşırığına tam əməl edə bilmir
Azərbaycan dövlət büdcəsindən xərcləməyi azaldıb











.jpg)












