TuranBank nüfuzlu maliyyə qurumundan kredit cəlb edib - MƏBLƏĞ
"TuranBank" "EMF Mikromaliyyə Fondu" ilə 3 illik müddətə 4 milyon ABŞ dolları həcmində kredit sazişi imzalayıb.Azərbaycanda real sektoru dəstəkləyən ölkənin aparıcı banklarından biri olan TuranBank ASC beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığını genişləndirməyə davam edir.
Bankın yaydığı məlumatda bildirilir ki, Bank FİNMA tərəfindən tənzimlənən İsveçrənin aparıcı Enabling Qapital şirkəti tərəfindən idarə olunan EMF Mikromaliyyə Fondu ilə Mikro, Kiçik və Orta sahibkarlığın (MKOS) maliyyələşdirilməsini genişləndirmək məqsədilə 3 illik müddətə 4 milyon ABŞ dolları həcmində kredit sazişi imzalayıb.
“Bu saziş beynəlxalq maliyyə institutlarının Bankımıza inamının növbəti mühüm göstəricisidir. Biz tərəfdaşlarımıza əməkdaşlığa görə təşəkkür edir və əminik ki, cəlb olunan vəsait, bizim üçün prioritet sahə olan real sektora, xüsusilə də kiçik və orta sahibkarlığa maliyyə dəstəyini gücləndirməyə, bununla da ölkə iqtisadiyyatının inkişafına töhfə verməyə imkan verəcəkdir”- deyə TuranBank-ın İdarə Heyətinin sədri Orxan Qarayev sazişin bağlanmasına öz münasibətini bildirib.
EMF Mikromaliyyə Fondu inkişaf etməkdə olan ölkələrdə maliyyə əlçatanlığını təşviq etmək üçün 2008-ci ildə təsis edilmişdir. Fond perspektivli, məsuliyyətli, gəlirli və davamlı kiçik və orta biznesləri dəstəkləyir.
Məlumat üçün bildiririk ki, yarandığı tarixdən etibarən 33 il ərzində özünün 22 satış nöqtəsilə daim inkişaf yolunu tutmuş, xidmətləri ilə həm keyfiyyət, həm də kəmiyyət baxımından maliyyə sektorunda önəmli mövqeyə sahib olmuş TuranBank mikro, kiçik və orta sahibkarlıq subyektlərinin maliyyələşdirilməsi üzrə beynəlxalq kredit xətlərinin cəlb edilməsi istiqamətində əməkdaşlıq əlaqələrini uğurla inkişaf etdirərək qeyri-neft sektorunun davamlı inkişafına ciddi dəstək olmaqdadır və bu istiqamətdə fəaliyyət davam etdiriləcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 4 d. əvvəl
-
- 11 d. əvvəl
- 16 d. əvvəl
-
28 d. əvvəl
"Azərsilah"ın müəssisəsində istehsalat qəzası - 1 nəfər həlak olub
-
1 saat əvvəl
Milli Oftalmologiya Mərkəzi gələn il büdcədən 9 milyon manat alacaq
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Elektrik ötürücü xətlərin və qaz kəmərinin tikintisini müzakirə etmişik"
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Mercedes-Benz EQS — səssiz və güclü performans
Azərbaycan Rusiyaya nota verdi
Azərbaycanda minik avtomobili montajı kəskin azalıb
Biznesiniz üçün QISA NÖMRƏ alın
Sabahdan Azərbaycanda növbəti istilik mövsümü başlayır
Ən çox oxunanlar
Xankəndidə mənzillər satışa çıxarılacaq
Noyabrın 15-də gözlənilən hava şəraiti
Əhalinin bir nəfəri orta hesabla ayda 513,8 manatlıq mallar alıb
Azərbaycanda orta maaş 6,1 manat aşağı düşüb
"İdeal Kredit"in borclanması üçün hərrac keçiriləcək - borcverənlərə illik 14% ödəyəcək













.jpg)






.jpg)




