Azercell “Azərbaycan Biznes Keys Müsabiqəsi 2025”ə dəstək verir
(®) Azercell-in dəstəyi, ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyinin (AAA) təşkilatçılığı ilə ölkənin nüfuzlu biznes müsabiqələrindən biri olan “Azərbaycan Biznes Keys Müsabiqəsi 2025”ə (“Azerbaijan Business Case Competition” ABCC) start verilib.
Harvard Business Review-nun real biznes problemlərinə əsaslanan tapşırıqlarının həlli üzərində qurulan müsabiqə tələbələrdə biznes analitikası, strategiya qurulması və maliyyə təhlili sahəsində bilik və bacarıqların inkişaf etdirilməsinə yönəlib.
Müsabiqəyə ümumilikdə 107 komanda müraciəti qeydə alınıb, onlardan 91 komanda müsahibə mərhələsində iştirak edib, 26 komanda isə növbəti mərhələyə vəsiqə qazanıb. Yarışda Azərbaycanın aparıcı universitetlərinin 2, 3 və 4-cü kurs bakalavr və magistr tələbələri iştirak edəcəklər.
Müsabiqənin “Sessiyalar” (ABCC Sessions) mərhələsi çərçivəsində iştirakçılar üçün biznes analitikası və təqdimat bacarıqlarının gücləndirilməsinə yönəlik təlimlər təşkil olunub.
15 mart tarixində ADA Universitetində layihənin sınaq təqdimatları (Mock Round), 5 Aprel tarixində isə yarımfinal və final mərhələləri keçiriləcək. Final turunda qalib adını qazanmış ilk 3 komanda müvafiq olaraq 8000, 4000 və 2000 AZN mükafata layiq görüləcək.
Müştərilərin xəbərləri
“Qarabağdan Silikon Vadisinə” adlı yeni startap proqramı elan olunur - 50 MİN DOLLARADƏK DƏSTƏK VERİLƏCƏK
Kapital Bank-ın İdarə Heyətinə yeni təyinat - Bankın ödənişlər biznesinə və PashaPay-ə rəhbərlik edəcək
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 45 d. əvvəl
-
-
51 d. əvvəl
“Beneva” şirkətinin bioloji aktiv qida məhsulu tələblərə cavab vermədiyindən məhv edilib
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Yeni Bakı-Laçın reysi fəaliyyətə başlayır - Gedişhaqqı 16,10 AZN müəyyən edilib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Qubada neft-qaz axtarılacaq - SOCAR ilə “Gran Tierra Energy Inc.” saziş imzaladı
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Kapital Bank-ın İdarə Heyətinə yeni təyinat - Bankın ödənişlər biznesinə və PashaPay-ə rəhbərlik edəcək
Ən çox oxunanlar
12 bankın xalis mənfəəti azalıb
“AFB Bank”da iclas keçiriləcək
2 səhmdar paylarını Nicat Həsənova bağışlayıblar - Lombard şirkəti tam nəzarətinə keçib
"Azərsilah"ın Şirvandakı zavodunda qəza olub



























