SOCAR istiqrazlarının 75%-ə yaxın hissəsi PAŞA Kapital vasitəsilə yerləşdirilib
PAŞA Kapital "Yaşıl" təyinatlı SOCAR istiqrazlarını uğurla yerləşdirdi!(®) 07.03.2025-ci il tarixində PAŞA Kapital İnvestisiya Şirkəti anderrayteri olduğu 200 milyon ABŞ dolları həcmində “yaşıl” təyinatlı SOCAR istiqrazlarının yerləşdirilməsini uğurla həyata keçirib.
İnvestorlar tərəfindən böyük maraqla qarşılanan ölkə əhəmiyyətli layihə olan SOCAR istiqrazları üzrə ümumi sifariş məbləği 220 milyon ABŞ dolları təşkil edib. Bu sifarişlərin 148 milyon 514 min ABŞ dolları isə PAŞA Kapital tərəfindən yerləşdirilib.
Hərrac nəticələrinə əsasən fiziki şəxslərin xüsusi aktivliyi qeydə alınıb. Belə ki, dayanıqlı investisiya aləti olaraq yüksək etimadla qarşılanan SOCAR istiqrazları üzrə investor bölgüsünə əsasən:
- Ümumi investor sayı: 510 (20 hüquqi, 490 fiziki şəxs);
- PAŞA Kapital vasitəsilə sifariş edən investor sayı: 38 (7 hüquqi, 31 fiziki şəxs).
Bundan əlavə, nominal dəyəri 1000 ABŞ dolları olan SOCAR istiqrazlarının hərrac nəticələrinə əsasən investorlar tərəfindən yerləşdirilmiş sifarişlərin ümumi həcm bölgüsü aşağıdakı kimidir:
- Fiziki şəxslər – 22 291 000 ABŞ dolları (11.15%);
- Hüquqi şəxslər – 177 709 000 ABŞ dolları (88.85%).
Bu sifarişin 75%-ə yaxın hissəsi PAŞA Kapital vasitəsilə uğurla yerləşdirildiyini qeyd edən şirkətin direktoru Ceyhun Hacıyev əlavə edib: “Yerli kapital bazarında ən irihəcmli korporativ istiqraz layihəsi olaraq SOCAR istiqrazları, qiymətli kağızlar bazarının inkişafına təkan verməklə yanaşı, həmçinin ölkəmizin "yaşıl" gələcəyi üçün mühüm əhəmiyyət kəsb edən layihələrin icrasına da töhfə verəcək. PAŞA Kapital komandası olaraq investorlar tərəfindən böyük maraq və tələb görən bu mühüm layihənin anderrayteri kimi çıxış etməkdən və korporativ istiqrazlar bazarında rekord göstərici ilə əldə etdiyimiz nəticədən böyük qürur duyuruq.”
PAŞA Kapital İnvestisiya Şirkətinin məhsul və xidmətləri haqqında daha ətraflı məlumat üçün 1548 nömrəsi ilə əlaqə saxlaya və ya https://www.pashacapital.az/ saytına daxil ola bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
1 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)








.jpg)








