Səhvən 280 dollar əvəzinə 81 trilyon dollar köçürülüb
"Citibank" ("Citigroup"a daxildir) səhvən 280 dollar əvəzinə 81 trilyon dolları müştəriyə köçürüb.
Marja xəbər verir ki, bu barədə "Financial Times" (FT) kredit qurumunun daxili sənədlərinə istinadən yazır.
Belə məbləğ üzrə əməliyyat bir anda iki işçi tərəfindən - ödənişlər şöbəsinin işçisi və əməliyyatlarını işə başlamazdan əvvəl yoxlamaq üçün məsul şəxs tərəfindən təsdiq edilmişdir.
FT-nin məlumatına görə, transfer 2024-cü ilin aprelində həyata keçirilib. Bu xəta üçüncü işçi tərəfindən sövdələşmədən cəmi 1,5 saat sonra müəyyən edilib - o, bankın hesablarında olan vəsaitlərin balansları üzrə məlumatlara baxaraq problemi aşkar edib.
FT-nin nəzərdən keçirdiyi sənədlərə görə, bir neçə saatdan sonra transfer ləğv edilib. Məlumatı qəzetə vəziyyətlə tanış olan iki mənbə təsdiqləyib.
Bank hadisə ilə bağlı ABŞ-ın Federal Ehtiyatlar Sisteminə (Fed) və digər tənzimləyici orqanlara da məlumat verib.
"Bu hadisənin nə banka, nə də müştərimizə heç bir təsiri olmasa da, bu, bizim əl proseslərinin aradan qaldırılması və nəzarətin avtomatlaşdırılması istiqamətində daha çox işlər görməyimiz lazım olduğunu göstərir", - deyə "Citigroup" bildirib.
"Citibank" tez-tez belə səhvlərə yol verib: təkcə 2024-cü ildə bank az qala on belə səhvə yol verib.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
"Azər Türk Bank"dan rabitə və informasiya texnologiyaları işçiləri üçün istehlak kreditləri kampaniyası
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 4 gün sonra
-
- 1 gün sonra
- 34 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Şirkətin yerləşdiyi ərazidə park salınacaq, bina və qurğuları tamamilə söküləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 31 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Dövlət şirkətinə Baş direktor təyin edilib
Misin qiyməti rekord səviyyəyə yaxınlaşır
Mayın 14-nün hava proqnozu - 31° isti gözlənilir
Ən çox oxunanlar
"Azər Türk Bank"dan rabitə və informasiya texnologiyaları işçiləri üçün istehlak kreditləri kampaniyası
Azərbaycan neftinin son qiyməti
AFB Bank mobil tətbiqini yenilədi
SOCAR 20 faizlik payının bp-yə satışı ilə bağlı məlumat yaydı







.jpg)




.jpg)









