Çilinin 99%-i işıqsız qalıb
Çilidə ölkənin 99 faizinə təsir edən elektrik enerjisinin kəsilməsi səbəbindən fövqəladə vəziyyət elan edilib.Cənubi Amerika ölkəsi Çilidə ölkənin 99 faizini əhatə edən elektrik enerjisinin kəsilməsi səbəbindən Fövqəladə Vəziyyət elan edilib.
Maja.az xəbər verir ki, yerli medianın məlumatına görə, ölkə daxilində elektrik enerjisinin kəsilməsi 8 milyondan çox insana təsir və həyatı iflic edib.
Demək olar ki, bütün ölkə elektriksiz qaldıqdan və paytaxt Santyaqo başda olmaqla bir çox bölgədə komendant saatı tətbiq etdikdən sonra hökumət fövqəladə vəziyyət elan edib.
Elektrik enerjisinin kəsilməsi nəqliyyatın faliyyətini və gündəlik həyatı ritmini pozub, xüsusilə Santyaqoda nəqliyyatda böyük xaos hökm sürüb.
Çilidə bank, maliyyə, mədən və ticarət fəaliyyətləri dayandırılarkən, minlərlə polis və əsgər ictimai təhlükəsizliyi təmin etmək üçün ərazilərə çıxarılıb.
Yerli media bəzi ərazilərdə elektrik enerjisinin bərpa olunduğunu, lakin nəticədə çoxlu soyuducu, paltaryuyan, qabyuyan maşın və digər məişət texnikasının sıradan çıxdığını bildirib.
Çili prezidenti Qabriel Boric açıqlamasında milyonlarla insanın qurbanına çevrilən bu vəziyyətin qəbuledilməz olduğunu bildirib.
"Bu gün baş verənlər hamımızı qəzəbləndirir. Bir və ya bir neçə şirkətin məsuliyyətsizliyi milyonlarla insanın gündəlik həyatına mənfi təsir göstərib. Məsul şəxslərin məsuliyyətə cəlb olunmasını təmin edəcəyik. Biz də qurumların düzgün işləməsini və bu fövqəladə vəziyyətin tez bir zamanda sona çatmasını istəyirik", - Boric deyib..
"Bilirik ki, bəzi ərazilərdə elektrik enerjisi bərpa olunub, lakin vəziyyət hələ də qeyri-sabitdir. Ona görə də ehtiyatlı davranmalıyıq. Hərbi personal, polis və istintaq qrupları yerlərdədir", - Prezident əlavə edib.
Boric, elektrik enerjisinin kəsilməsinə görə "ISA Chile" şirkətini günahlandırıb.
Sosial mediada paylaşılan videolardan görünür ki, elektrin enerjisinin kəsilməsi sərnişinləri çətin vəiyyətdə qoyub. Dayanacaqlarda uzun növbələr yaranıb, avtobus və taksi xidmətlərində yaranan fasilələr səbəbindən çoxlu sayda insan evlərinə qayıtmaqda çətinlik çəkib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
8 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 11 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB





















