"Baku Steel Company" 50 ən iri vergi ödəyicisindən biri olaraq, ixracın inkişafına görə mükafatla təltif edilib
Şirkət ötən il ərzində dövlət büdcəsinə 26,7 milyon manat vergi ödənişləri həyata keçirib.(®) Qafqazın ən böyük metallurgiya şirkəti olan “Baku Steel Company” QSC (bundan sonra BSC) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən “Özəl sektor üzrə fəal ixracatçı” nominasiyası üzrə mükafata layiq görülüb.
Mükafatı Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov və Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov BSC-nin Baş direktoru Kamal İbrahimova təqdim ediblər.
BSC-nin Baş direktoru Kamal İbrahimov öz növbəsində şirkətin fəaliyyətini yüksək qiymətləndirdiyinə görə, Dövlət Vergi Xidmətinin timsalında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə təşəkkürünü bildirib.
BSC-nin 23 ildən artıq uzunmüddətli və dayanıqlı ixracat fəaliyyəti, beynəlxalq standartlara cavab verən keyfiyyətli məhsul istehsalı və xarici bazarlara intensiv çıxışı mükafatın əldə edilməsində həlledici rol oynayıb. Şirkət rəhbərliyi, bu uğurun yalnız BSC-nin deyil, həm də dövlət tərəfindən iqtisadiyyatın inkişafına göstərilən dəstəyin və ixracatın artırılması istiqamətindəki strateji addımların mühüm bir göstəricisi olduğunu qeyd edib.
Bildirilib ki, sözügedən mükafat şirkətin gələcək inkişafına stimul olacaq və Azərbaycanın ixrac potensialını metallurgiya sənayesi sahəsində daha da genişləndirməyə sövq edəcək.
Bu nailiyyət, BSC-nin strateji istiqamətlərindən biri kimi, Azərbaycanın metallurgiya sənayesinin ölkənin qeyri-neft sektorunun flaqman sahələrindən birinə çevrilməsidir.
Qeyd edək ki, BSC 2024-cü ildə Azərbaycanın ən iri 50 vergi ödəyicisi sırasına daxil olub. Şirkət ötən il ərzində dövlət büdcəsinə 26,7 milyon manat vergi ödənişləri həyata keçirib. BSC, Azərbaycanın ən böyük istehsalçılarından biri kimi, yüksək keyfiyyətdə armaturlar, katankalar (polad məftil), kvadrat və dairəvi pəstahlar, tikişsiz borular istehsal edir. Burada, həmçinin şvellerlər, künclüklər, ikitavrlar, kvadrat və dairəvi çubuqlar da hazırlamaq mümkündür. Nəinki Azərbaycanın, bütün regionun tanınmış brendinə çevrilən BSC-nin məhsulları yerli bazarda böyük tələbatla satılmaqla yanaşı, indiyədək Avropa, Afrika, Amerika və Asiyanın, ümumilikdə, 20-dən çox ölkəsinə ixrac olunub.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 7 d. əvvəl
-
-
1 saat əvvəl
Türkiyədən Azərbaycana turist axını artıb - 1 AYDA 36 MİN NƏFƏRDƏN ÇOX TURİST GƏLİB
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Heç bir bankda qeyri-faiz gəlirləri qeyri-faiz xərclərini qarşılamayıb - CƏDVƏL
- 2 saat əvvəl
-
2 saat əvvəl
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Tesla-dan böyük qiymət endirimi
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
Neftin qiyməti son 6 ayın ən yüksək səviyyəsinə yaxındır
Rəsmi məzənnələr açıqlandı
“Unibank”da növbədənkənar yığıncaq keçiriləcək
Gəncə Avtomobil Zavodu uşaq evinin yeniyetmələrinin işlə təminat layihəsinə başlayıb
Azərbaycanın şirkətlər qrupu 92 yaşlı "qocanı" işə qəbul etdi






















