2024-cü ildə dünyada silahlanmaya xərclənən pul 2,46 trilyon dollar olub
Son 15 ildə yaranmış qeyri-müəyyən beynəlxalq mühit ölkələri silahlanmağa sövq edir.
ABŞ prezidenti Donald Tramp NATO ölkələrindən müdafiə xərclərini ümumi daxili məhsullarının 5 faizinə çatdırmağı tələb edib və bu silahlanma dünyanın dümək olar ki bütün bölgələrinə yayılıb.
2024-cü ildə silahlanmaya xərclənən pul 2,46 trilyon dollara çatıb.
Rusiya-Ukrayna müharibəsi ilə pik həddə çatan beynəlxalq gərginlik ölkələri silahlanmağa sövq edir.
Hər bir regionda lokal münaqişələr olsa da, qlobal təsir potensialına malik gərginliklər də mövcuddur.
Çin və Tayvan arasındakı gərginlik Filippin və Yaponiyanı silahlanmağa məcbur etdiyi halda, Rusiya-Ukrayna müharibəsi Avropadakı tarazlığı dəyişib.
Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun apardığı araşdırma nəticəsində məlum olub ki, 2024-cü ildə dünyada silahlanmaya xərclənən pul 2,46 trilyon dollar olub. Nəzərə alsaq ki, Rusiyanın ümumi daxili məhsulu 2 trilyon civarındadır,bu zaman xərclənən pulun ölçüsü daha aydın olur.
Avropa üçün xüsusi olaraq edilən qiymətləndirmədə 2024-cü ildə müdafiə xərclərinin əvvəlki ilə nisbətən 11 faiz artdığı müəyyən edilib və bu artımın 10 ildir fasiləsiz olaraq davam etdiyi bildirilir.
Rusiyanın Ukrayna ilə müharibəsinin davam etdiyi halda 2024-cü ildə silah xərcləri 462 milyon dollar olub ki, bu da Rusiyanın ümumi daxili məhsulunun təxminən 7 faizinə bərabərdir.
Tayvanla aralarındakı böhran zaman zaman gərginliyi artırdığı halda, Çin də son illərdə müdafiə büdcəsini durmadan artırır.
2024-cü ildə Çin müdafiə büdcəsini əvvəlki illərə nisbətən 7,4 faiz artırıb. Beləliklə Asiyada orta müdafiə büdcəsi artımı 3,9 faiz təşkil edib.
Filippin və Yaponiya ABŞ ilə əməkdaşlığını artırıb. Filippinin ABŞ-dən aldığı orta mənzilli “Typhon” raket sistemi Çin tərəfindən təhlükə olaraq qəbul edilir. Cənubi Çin dənizində Filippin Hərbi Dəniz Qüvvələri ilə Çin Hərbi Dəniz Qüvvələri arasında gərginlik artır və vəziyyətin münaqişəyə çevrilməsi təhlükəsi var.
Afrikada silahlanmada önə çıxan ölkə Əlcəzair olub. Rusiyadan Su-57 qırıcıları alan Əlcəzairin 2024-cü ildə silah xərcləri 18 milyard dolları keçib.
Əlcəzairin qonşusu Mərakeş 5 milyard dollarlıq xərclə ikinci yerdə qərarlaşıb. İki ölkə arasında zaman-zaman siyasi böhranlar baş verir.
Mərakeş və Əlcəzairlə yanaşı Burkina Faso, Mali və Niger də müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırıb.
Niger müdafiə büdcəsini 32 faiz, Burkina Faso isə 23 faiz artırıb.
Qərbi Afrika İqtisadi Birliyindən (ECOWAS) çıxan üç ölkə Rusiya ilə əlaqələrini artırmaqda davam edir. Sahel Dövlətləri Konfederasiyasını birgə qurmaq qərarına gələn bu üç ölkə Afrikada yeni siyasi mövqe nümayiş etdirir.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
5 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur



















.jpg)


