Qiymətləri sürətlə düşür
Elektrikli avtomobil rəqbətinə Nissan da ikinci nəsil "Leaf" modeli ilə qatılıb. "Leaf"ın qiyməti ötən günlərdə təqdim edilən və ucuz qiyməti ilə diqqəti çəkən "Tesla Model 3"dən 5 min dollar daha ucuzdur. Nissan "Leaf" ilə bərabər qarşıdakı dövrədə bir sıra istehsalçılar 13 elektromobil modelini tədim edəcək.
"Marja" xəbər verir ki, Yaponiyanın avtomobil istehsalçısı Nissan, ikinci nəsil "Leaf"ın rəsmi təqdimatını Las-veqasda keçirib.
Yeni "Nissan Leaf" 2018-ci ilin əvvəllərində Amerika, Kanada və Avropada satışa təqdim olunacaq.
40kWh-lik litium batareyaya malik olan avtomobil 147 at güc və 320 nm qüvvə momenti istehsal edərək 378 kilometr yol qət edə bilir.
Yeni "Leaf", sürücülərin yalnız sağ ayaqlarını istifadə edərək avtomobilin sürətlənməsini, yavaşlamasını və dayanmasını təmin edən "e-pedal" xüsusiyyətinə malik olacaq.
Elektromobil bazarında rəqabəti artıracaq yeni "Leaf"ın qiyməti 29 min 990 dollardan başlayır. "Tesla Model 3"dən 5 min, "Chevy Bolt"dan isə təxminən 7 min 500 dollar daha ucuzdur.
BMW Mini, Volkswagen Scrirocco, Mercedes-Maybach Vision 6 Konsept, Porsche Mission E,Audi e-Tron Quattro SUV,Chevrolet Bolt , Jaguar I-Pace, Skoda Vision E Coupe-SUV ve Felicia E, Tesla Model Y elektromobillərinin və Fordun bir elektikli modelinin satışa çıxacağı gözlənilir.
Müştərilərin xəbərləri
“McDonald’s Azərbaycan” və DSMF şəhid və qazi övladları üçün Novruz bayramı tədbiri təşkil edib - FOTO
ABB istiqrazlarına abunə yazılışı başa çatıb - Sifarişlər təklifi 5 dəfə üstələyib, 503 fiziki şəxs əldə edib
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 saat əvvəl
-
7 saat əvvəl
Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müavin təyin olunub
-
- 9 saat əvvəl
- 11 saat əvvəl
- 14 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
AZCON Holding və özəl investor anlaşdı - Birgə şirkət yaradılacaq, 10-a yaxın gəmi inşa ediləcək
-
1 gün əvvəl
Əhalinin icbari tibbi sığortası sahəsində səlahiyyətlər bu Nazirliyə həvalə edildi - FƏRMAN
-
1 gün əvvəl
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinlərinin sayı artırılıb
-
1 gün əvvəl
Sığortaolunanların dərman və tibb vasitələrlə təmin edilməsi üzrə öhdəlikləri TƏBİB-ə keçir
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Rusiya uçot dərəcəsini 15 faizə endirdi
Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müavin təyin olunub
Xalq Bankdan Novruza özəl endirim təklifi
Fürsətləri Baku Electronics-lə bayrama çevirmək vaxtıdır!
AZCON Holding və özəl investor anlaşdı - Birgə şirkət yaradılacaq, 10-a yaxın gəmi inşa ediləcək
Əhalinin icbari tibbi sığortası sahəsində səlahiyyətlər bu Nazirliyə həvalə edildi - FƏRMAN
Ən çox oxunanlar
Sığortaolunanların dərman və tibb vasitələrlə təmin edilməsi üzrə öhdəlikləri TƏBİB-ə keçir
İki dövlət agentliyi birləşdirilir - FƏRMAN
Avropa Mərkəzi Bankı İran müharibəsi fonunda faizlərini dəyişmədi
Bankın Gəncədə 2-ci filialı fəaliyyətə başladı
ABB istiqrazlarına sifarişlərin 97%-i tətbiq üzərindən edilib















