"31 şirkət Mərkəzi Banka müraciət edib, 8-nə hələ ki, lisenziya verilməyib"
İndiyə qədər Azərbaycanın ödəniş bazarında fəaliyyət göstərən 31 şirkət müvafiq lisenziya almaq üçün Mərkəzi Banka müraciət edib ki, bunlardan da 8-nə hələ ki, lisenziya verilməyib.
Bunu "Azərbaycan Fintex Assosiasiyası" İctimai Birliyinin sədri Ruslan Talıbov Bakıda keçirilən Azərbaycan Maliyyə Forumunda bildirib.
Xatırladaq ki, Mərkəzi Bank indiyə qədər 14 şirkətə elektron pul təşkilatı, 8 şirkətə ödəniş təşkilatı, “AzəriCard” MMC prosessinq mərkəzinə isə elektron pul təşkilatı və ödəniş sistemi operatoru kimi fəaliyyət göstərmək hüququ verən müddətsiz lisenziyalar verib. Beləliklə, bu sahədə lisenziyası olan təşkilatların sayı 23-ə çatıb.
Lisenziyalar "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanuna əsasən verilib.
"Ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair müraciət etmiş digər təşkilatların qiymətləndirilməsi hazırda davam edir", - deyə Mərkəzu Bank bəyan edib.
R.Talıbov həmçinin deyir ki, tənzimləyici quruma xüsusi tənzimləmə rejimində iştirak üçün təqdim olunmuş müraciətlər daha çox virtual aktivlər, kriptovalyutalar və bu sahədə olan digər yanaşmalarla bağlıdır: "Ümumiyyətlə bir qayda olaraq maliyyə bazarlarında innovativ həll və texnologiyaların tətbiqi qanunvericilik islahatlarını qabaqlayır. Ancaq qeyd edilməlidir ki, fundamental qanunvericilik islahatlarının aparılması növbəti strateji dövrdə innovativ tərəqqinin əsas sütunlarından olacaq".
© "Report"
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 8 d. əvvəl
-
-
1 saat əvvəl
Türkiyədən Azərbaycana turist axını artıb - 1 AYDA 36 MİN NƏFƏRDƏN ÇOX TURİST GƏLİB
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Heç bir bankda qeyri-faiz gəlirləri qeyri-faiz xərclərini qarşılamayıb - CƏDVƏL
- 2 saat əvvəl
-
2 saat əvvəl
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Tesla-dan böyük qiymət endirimi
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
Neftin qiyməti son 6 ayın ən yüksək səviyyəsinə yaxındır
Rəsmi məzənnələr açıqlandı
“Unibank”da növbədənkənar yığıncaq keçiriləcək
Gəncə Avtomobil Zavodu uşaq evinin yeniyetmələrinin işlə təminat layihəsinə başlayıb
Azərbaycanın şirkətlər qrupu 92 yaşlı "qocanı" işə qəbul etdi
























