İxracı və idxalı azalan malların adları açıqlanıb
2024-cü ildə Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 180 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 122 ölkəyə məhsul ixrac olunmuş, 170 ölkədən idxal olunmuşdur.
Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2024-cü ildə ölkənin xarici ticarət dövriyyəsi 47 milyard 396,4 milyon ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 26 milyard 338,4 milyon dollarını və ya 55,6 faizini ölkədən ixrac olunmuş məhsulların, 21 milyard 58 milyon dollarını (44,4 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 5 milyard 280,4 milyon dollar məbləğində müsbət saldo yaranmışdır. 2023-cü illə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 1,3 faiz artmış, real ifadədə 3,5 faiz, o cümlədən ixrac 7,4 faiz azalmış, idxal isə 3,1 faiz artmışdır.
2024-cü ildə qeyri neft-qaz məhsullarının ixracı 3 milyard 356,5 milyon dollar təşkil etmiş və 2023-cü ilə nisbətən faktiki qiymətlərlə 0,3 faiz artmış, real ifadədə isə 13,0 faiz azalmışdır.
Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən ölkənin xarici ticarət dövriyyəsinin 23,9 faizi İtaliya, 12,9 faizi Türkiyə, 10,1 faizi Rusiya, 7,9 faizi Çin, 3,7 faizi ABŞ, 3,4 faizi Almaniya, 3,1 faizi Avstraliya, 2,4 faizi Çexiya, 2,0 faizi Hindistan, 1,8 faizi Xorvatiya, 1,7 faizi Gürcüstan, 1,6 faizi İsrail, 1,5 faizi Bolqarıstan, hər biri 1,4 faiz olmaqla Yunanıstan, Birləşmiş Krallıq, İran və Portuqaliya, 1,2 faizi Rumıniya, 1,1 faizi Belarus, hər biri 1,0 faiz olmaqla Qazaxıstan, İsveçrə və Ukrayna, 13,1 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşmüşdür.
İxracın 41,0 faizini İtaliyaya, 14,4 faizini Türkiyəyə, 4,4 faizini Rusiyaya, 4,1 faizini Çexiyaya, 3,3 faizini Xorvatiyaya, 2,9 faizini Almaniyaya, hər biri 2,8 faiz olmaqla Hindistan və İsrailə, 2,6 faizini Bolqarıstana, 2,5 faizini Gürcüstana, hər biri 2,4 faiz olmaqla Portuqaliya və Yunanıstana, 1,8 faizini Rumıniyaya, 1,5 faizini Birləşmiş Krallığa, 1,1 faizini Tunisə, 0,9 faizini Tailanda, 0,8 faizini İsveçrəyə, hər biri 0,7 faiz olmaqla Serbiya, İndoneziya və Ukraynaya, hər biri 0,6 faiz olmaqla İspaniya və Niderlanda, 5,0 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.
Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (34,6 faiz), Türkiyəyə (16,2 faiz), Gürcüstana (8,1 faiz), İsveçrəyə (6,6 faiz), ABŞ-a (4,0 faiz), Qazaxıstana (3,9 faiz), Ukraynaya (3,5 faiz), Türkmənistana (2,3 faiz), Omana (2,0 faiz), Birləşmiş Ərəb Əmirliklərinə (1,6 faiz), Almaniyaya (1,5 faiz), Belarusa (1,4 faiz), İtaliyaya (1,3 faiz), Niderlanda (1,3 faiz), Özbəkistana (1,2 faiz), Rumıniyaya (1,0 faiz) göndərilmiş malların payı üstünlük təşkil etmişdir.
Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 17,7 faizi Çin, 17,2 faizi Rusiya, 11,0 faizi Türkiyə, 7,7 faizi ABŞ, 6,9 faizi Avstraliya, 3,9 faizi Almaniya, 3,0 faizi İran, 2,4 faizi İtaliya, 2,2 faizi Belarus, 1,9 faizi Yaponiya, 1,8 faizi Koreya, 1,6 faizi Qazaxıstan, 1,4 faizi Türkmənistan, hər biri 1,3 faiz olmaqla Ukrayna və Birləşmiş Krallıq, 1,2 faizi İsveçrə, hər biri 1,1 faiz olmaqla Meksika, Fransa və Hindistan, 1,0 faizi Özbəkistan, hər biri 0,8 faiz olmaqla Braziliya və Kanada, 11,6 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.
2024-cü ildə əvvəlki illə müqayisədə mühüm məhsul növlərindən təzə tərəvəz ixracı 0,7 faiz, şəkər – 59,9 faiz, tütün – 2,5 dəfə, meyvə və tərəvəz konservləri – 16,1 faiz, bitki yağları – 81,1 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 60,3 faiz, çay – 2,1 faiz, pambıq lifi – 71,3 faiz, mineral gübrələr – 56,0 faiz, pambıq ipliyi – 3,2 faiz, bentonit gili – 27,6 faiz artmış, təzə meyvə ixracı isə 2,2 faiz, kartof – 32,1 faiz, meyvə və tərəvəz şirələri – 12,5 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 42,6 faiz, polipropilen – 27,5 faiz, polietilen – 23,1 faiz, elektrik enerjisi – 59,4 faiz, emal olunmamış alüminium – 17,4 faiz, sement klinkerləri – 1,2 faiz, qara metallardan çubuqlar – 2,6 faiz, qara metallardan borular – 1,5 faiz azalmışdır.
2023-cü illə müqayisədə 2024-cü ildə buğda idxalı 9,9 faiz, bitki yağları – 29,5 faiz, kərə yağı, digər süd yağları və pastaları – 78,4 faiz, təzə meyvə – 20,6 faiz, xam şəkər – 5,9 faiz, unlu qənnadı məmulatları – 11,5 faiz, şokolad və şokolad məhsulları – 11,7 faiz, çay – 5,2 faiz, quş əti və onun əlavə məhsulları – 43,2 faiz, mal əti – 46,4 faiz, təzə tərəvəz – 53,3 faiz, hesablama maşınları, blok və qurğuları – 21,6 faiz, yük avtomobilləri – 15,7 faiz, mebellər – 36,6 faiz, sintetik yuyucu vasitələr – 7,8 faiz, qara metallardan çubuqlar – 65,1 faiz, məişət kondisionerləri – 45,0 faiz, mineral gübrələr – 17,4 faiz, avtobuslar – 2,5 dəfə, paltaryuyan maşınlar – 6,2 faiz, polipropilen – 19,9 faiz, məişət soyuducuları – 1,6 faiz, sement – 1,7 faiz artmış, kartof idxalı isə 13,6 faiz, siqaretlər – 79,4 faiz, minik avtomobilləri – 6,5 faiz, dərman vasitələri – 24,9 faiz, polad prokatı – 5,2 faiz, qara metallardan borular – 10,8 faiz, rezin şinlər – 1,7 faiz, polietilen – 9,5 faiz, qara metallardan künclüklər – 11,2 faiz azalmışdır.
Müştərilərin xəbərləri
ABV və Hikvision tərəfdaşlığı ilə LED, rəqəmsal və interaktiv ekran həlləri Azərbaycan bazarında - FOTOLAR
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
19 d. əvvəl
“Azpetrol LTD” MMC “Top 100” vergi ödəyicisi siyahısında 38-ci yerdə
- 31 d. əvvəl
-
-
46 d. əvvəl
İllik 18% gəlir vəd edən istiqrazların ticarətinə icazə verilib
-
1 saat əvvəl
Britaniyanın Baş naziri və Tramp Hörmüz boğazı üçün hərbi variantları müzakirə edib
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Gəncə KOB evi” sahibkarlar üçün yeni imkanlar yaradır - MÜSAHİBƏ
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Aqrar Sığorta Fonduna 6500 hektar əkin sahələri üzrə zərər müraciətləri daxil olub
-
3 saat əvvəl
Azərbaycan 15 sığortaçısının məcmu xalis mənfəəti 6 % azalıb
-
3 saat əvvəl
"Regional" BOKT 2025-ci ili xalis mənfəətlə başa vurub - 12%-DƏN ÇOX ARTIB
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
“Azpetrol LTD” MMC “Top 100” vergi ödəyicisi siyahısında 38-ci yerdə
ʺBank Melli İranʺ Bakı filialının xalis mənfəəti azalıb
İllik 18% gəlir vəd edən istiqrazların ticarətinə icazə verilib
“Gəncə KOB evi” sahibkarlar üçün yeni imkanlar yaradır - MÜSAHİBƏ
Lufthansa-da tətil 500-dən çox uçuşun ləğvinə səbəb olacaq
Ən çox oxunanlar
Azərbaycan 15 sığortaçısının məcmu xalis mənfəəti 6 % azalıb
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
TuranBank İsveçrənin fondu ilə əməkdaşlığa başlayıb - SAZİŞ İMZALANIB, 10 MİLYON VƏSAİT CƏLB OLUNUB
Lizinq şirkətində növbədənkənar ümumi yığıncağı keçiriləcək
“E-müqavilə”nin tətbiqinə başlandı - Mal və xidmətlərin alınması üzrə müqavilələr bu altsistem ilə bağlanacaq
“Dəli-Dolu Təkliflər” kampaniyası başlayır - CƏMİ 3 GÜN


















