ABŞ-da rekord büdcə kəsiri
ABŞ federal hökumətinin büdcə kəsiri yanvarda 129 milyard dollara yüksəlib ki, bu da keçən ilin eyni ayı ilə müqayisədə təxminən altı dəfə çoxdur. 2025-ci maliyyə ilinin dördüncü ayı olan yanvar ayında cəmi büdcə kəsiri 840 milyard dollara çataraq rekord qırıb.ABŞ Maliyyə Nazirliyi yanvar ayı üçün büdcə balansı hesabatını açıqlayıb.
Marja xəbər verir ki, federal hökumətin büdcə kəsiri 1 oktyabr 2024-cü ildə başlayan və 30 sentyabr 2025-ci ildə başa çatacaq 2025-ci maliyyə ilinin dördüncü ayında 129 milyard dollar təşkil edib.
Keçən ilin yanvar ayında federal hökumətin büdcə kəsiri 22 milyard dollar idi. Beləliklə, büdcə kəsiri keçən ilin eyni ayı ilə müqayisədə təxminən 6 dəfə artıb.
Bu dövrdə büdcə kəsiri üçün bazar proqnozu 88,1 milyard dollar kəsir idi.
Yanvarda büdcə gəlirləri təxminən 8 faiz artaraq 513 milyard dollara, xərclər isə təxminən 29 faiz artaraq 642 milyard dollara çatıb.
4 aylıq büdcə kəsirində 58% artım
2025-ci maliyyə ilinin dördüncü ayı olan yanvar ayında ölkənin cəmi büdcə kəsiri əvvəlki ilin eyni dövrü ilə müqayisədə təxminən 58% artaraq 840 milyard dollara çatıb. Kəsir ötən ilin eyni dövründə 532 milyard dollar olub.
Maliyyə ilinin ilk dörd ayında gəlirlər əvvəlki ilin eyni dövrü ilə müqayisədə təxminən 1 faiz artaraq 1,6 trilyon dollara, xərclər isə 15 faiz artaraq 2,4 trilyon dollara çatıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
6 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 10 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB





















