Putinlə Tramp arasında telefon danışığı olub
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, danışıq təxminən bir saat yarım davam edib.Rusiya prezidenti Vladimir Putin və Amerika Prezidenti Donald Tramp danışıqlar aparıblar.
Marja xəbər verir ki, iki ölkə liderləri arasında telefon danışığı barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə məlumat verib.
Bu, Rusiya və ABŞ liderləri arasında son 3 ildə ilk söhbət olub. Rusiya prezidenti sonuncu dəfə Trampın sələfi Co Baydenlə eyni gündə - 2022-ci il fevralın 12-də danışıb.
Peskov deyib: "Bu, çox uzun telefon danışığı idi, demək olar ki, bir saat yarım davam etdi".
Tramp son həftələrdə Rusiya prezidenti ilə danışdığını dəfələrlə bəyan edib. Amerika lideri Ukraynadakı münaqişəyə böyük diqqət yetirib və onun sona çatmasına kömək etmək arzusunu bildirib.
XXX
Kremlin yaydığı məlumatda bildirilir:
Rusiya prezidenti Vladimir Putinlə Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp arasında telefon danışığı olub
- Dövlət başçıları Rusiya və ABŞ vətəndaşlarının mübadiləsi ilə bağlı məsələləri müzakirə ediblər. ABŞ prezidenti əmin edib ki, Amerika tərəfi əldə olunmuş bütün razılaşmaları yerinə yetirəcək.
- Ukraynada nizamlanma mövzusu da müzakirə olunub. Donald Tramp hərbi əməliyyatların tezliklə dayandırılması və problemin sülh yolu ilə həllinin tərəfdarı olduğunu bildirib. Vladimir Putin isə öz növbəsində münaqişənin köklü səbəblərini aradan qaldırmağın zəruriliyini qeyd edib və Donald Trampla razılaşıb ki, uzunmüddətli nizamlanmaya sülh yolu ilə nail olmaq olar.
- Rusiya Prezidenti Amerika dövlətinin başçısının əsas tezislərindən birini də dəstəkləyib: "Ölkələrimizin birgə işləmək vaxtı çatıb".
- Söhbət zamanı Yaxın Şərq nizamlanması, İranın nüvə proqramı, eləcə də iqtisadi sahədə ikitərəfli Rusiya-Amerika münasibətləri mövzularına toxunulub.
- Rusiya prezidenti ABŞ prezidentini Moskvaya səfərə dəvət edib və Amerika rəsmilərini Rusiyada qarşılıqlı maraq doğuran sahələr, o cümlədən Ukrayna nizamlanması üzrə qəbul etməyə hazır olduğunu bildirib.
- Vladimir Putin və Donald Tramp şəxsi görüşlərin təşkili də daxil olmaqla, şəxsi əlaqələri davam etdirmək barədə razılığa gəliblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
8 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 11 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB




















