
Azərbaycandakı sənaye zonalarına daha 1 milyard manat investisiya qoyulacaq

Azərbaycanda sənaye zonalarına növbəti mərhələdə mövcud layihələr üzrə daha 1 milyard manatdan çox investisiyanın yatırılması nəzərdə tutulur.
Bunu İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov bildirib.
O vurğulayıb ki, əlavə investisiyalar hesabına 8 000-dən artıq daimi iş yerinin yaradılması planlaşdırılır.
"2024-cü ildə sənaye zonalarında yeni fəaliyyətə başlayan 10 müəssisə ümumilikdə 48,6 milyon manat investisiya yatırıb, 389 daimi iş yeri yaradıb. Bu müəssisələr müxtəlif təyinatlı tikinti materiallarının, ayaqqabıların, dəmiryolu avadanlıqlarının, elektrik və s. məhsulların istehsalı ilə məşğul olurlar. Yeni fəaliyyətə başlayan müəssisələrin çoxunun Ağdam Sənaye Parkında olması xüsusilə qürurverici haldır.
Sənaye zonalarında investisiya portfeli 7,9 milyard manat olan 152 sahibkarlıq subyektinə rezidentlik, 10 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Sahibkarlar sənaye zonalarına 6,9 milyard manat investisiya yatırıb, 84 müəssisə fəaliyyətə başlayıb, 10 700-dən artıq daimi iş yeri yaradılıb", - deyə sədr əlavə edib.
Sahibkarlığın İnkişafı Fondu aqroparklara 142 milyon manat kredit ayırıb
İndiyə qədər İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu 16 aqroparkın yaradılmasına 142,4 milyon manat güzəştli kredit ayrılıb.
Bunu İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov bildirib.
Onun sözlərinə görə, investisiya təşviqi sənədi almış 17 aqropark isə texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına görə 16,5 milyon manat dəyərində güzəşt əldə edib.
"Qeydiyyata alınan aqroparklarda 3720 nəfər daimi işlə təmin edilib, 4878 nəfər isə mövsümi işlərə cəlb olunub. Növbəti mərhələdə əlavə olaraq 1600-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur. 2024-cü ildə əkin dövriyyəsinə cəlb olunmuş 42,5 min ha torpaq sahəsinin 35,7 min ha suvarılan ərazilərdir ki, bunun da 26 min hektarında (73%-i) mütərəqqi suvarma sistemləri qurulub", - deyə sədr qeyd edib.
O vurğulayıb ki, 2024-cü ildə aqroparklarda 34,1 min ton buğda, 25,5 min ton arpa, 91,8 min ton dən və silos qarğıdalı, 49,7 min ton şəkər çuğunduru, 22,4 min ton pambıq, 17,3 min ton kartof, 11,6 min ton yonca, 1,1 min ton soya, 3,5 min ton tərəvəz məhsulları, 14 min ton qüvvəli yem istehsal olunub, 18,1 min ton qarışıq meyvə yığılıb və 606 min ədəd ting əkilib: "Aqroparklarda istehsal olunmuş kənd təsərrüfatı məhsullarının ümumi dəyəri 150 milyon manat təşkil edib. Heyvandarlıq üzrə ixtisaslaşmış 6 aqroparkda 32,4 min ton süd və 1,3 min ton ət istehsal olunub".
S.Adıgözəlov vurğulayıb ki, ümumi ərazisi 2807 hektar olan Yevlax Pilot Aqroparkı ölkədə kiçik və orta fermerlərin cəlb olunması ilə yaradılan ilk aqroparkdır: "Aqroparkda intensiv meyvə bağlarının salınması, heyvandarlıq və quşçuluq təsərrüfatlarının, həmçinin emal sahələrinin yaradılması nəzərdə tutulub. Aqroparkın 2 807 hektar ərazisinin 1 185 hektarı parsellərə (58 parsel) bölünmüş sahələr, 1 298 hektarı heyvanların yem təminatı və pambıqçılıq sahələri, 141 hektarı sənaye zonası, qalan 183 hektarı isə mühafizə zolaqları və təsərrüfatdaxili yollardır.
Aqroparkda dövlət investisiyası hesabına tutumu 110 min kubmetr olan membran örtüklü su anbarı və 8 aqreqatlı nasos stansiyası inşa olunmuş, parsellərə bölünmüş 800 hektar (40 parsel) ərazinin təzyiqli su və elektrik təchizatı tam təmin olunmuş, təsərrüfatdaxili yollar çəkilmiş və uzunluğu 12,5 kilometr olan sel ötürücü kanalın 10,4 kilometrlik hissəsi tikilib. Qalan 385 ha (18 parsel) ərazinin su və elektrik təchizatı, daxili yollar və su ötürücü kanalların tikintisi üzrə işlərin 2025-ci ildə yekunlaşdırılması planlaşdırılır. Aqropark üzrə 2280 ha sahədə 34 sahibkarlıq subyekti rezident kimi qeydiyyata alınıb. Rezidentlərin ümumilikdə 55,2 milyon manat özəl investisiya yatırması ilə 331 nəfər üçün daimi iş yerinin yaradılması nəzərdə tutulur. Bu günə qədər rezidentlər 44 milyon manat investisiya qoymaqla 121 daimi, 457 mövsümi iş yeri açıb. 21 rezident 1 199 ha ərazidə əkin işləri aparıb, 412,5 ha sahədə intensiv və superintensiv meyvə bağları salıb. Aqroparkda 1,1 min ton buğda, 0,6 min ton arpa, 0,4 min ton pambıq və 660 min ədəd ting istehsal olunub".
© "Report"
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

TuranBank “Ən yaxşı KOS maliyyələşməsi layihəsi” nominasiyası üzrə beynəlxalq mükafata layiq görülüb
SON XƏBƏRLƏR
- 6 gün sonra
- 6 saat əvvəl
-
1 gün əvvəl
Göygölün avtomobil yolunun əsaslı təmiri üçün pul ayrıldı - SƏRƏNCAM
-
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Qeyri-neft sektorunun özəl bölməsində əmək müqavilələrinin sayı 1 milyonu keçib
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanın şirkəti ilə Macarıstanın Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb
-
2 gün əvvəl
“PAŞA Holding” Bakıda keçirilən dünya finalının "Platin" sponsoru olub - FOTOLAR
- 2 gün əvvəl
-
2 gün əvvəl
Sığorta müqavilələrinin yerində rəsmiləşdirilməsi dayandırılacaq
- 2 gün əvvəl
Son Xəbərlər

"Bir fermer köhnə fermasını söküb yerində modern ferma qura bilmir. Yerli icra hakimiyyətləri imkan vermir"

OpenAI, LinkedIn-ə rəqib olacaq platforma yaradır

Neft ucuzlaşmaqda davam edir

Azərbaycanın şirkəti ilə Macarıstanın Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb

Zəif ABŞ göstəricilərindən sonra qızılda yeni rekord

Sığorta müqavilələrinin yerində rəsmiləşdirilməsi dayandırılacaq

ABŞ-da mühüm məlumatlar açıqlandı: Qızılın qiyməti rekord qırdı, neft sürətlə ucuzlaşdı

Avrozonada iqtisadi artım zəifləyib

"Bank of Baku"nun istiqrazları üçün qərar verildi - ABUNƏ YAZILIŞI BAŞLAYIR, ŞƏRTLƏR

Azərbaycan və Macarıstan Hökumətləri arasında Birgə Komissiyanın XI iclası keçirilib

Tullantı sularını düzgün idarə etməyənlər cərimələnəcək

TuranBank “Ən yaxşı KOS maliyyələşməsi layihəsi” nominasiyası üzrə beynəlxalq mükafata layiq görülüb
