Ələtdə alüminium istehsal edən nəhəng müəssisə tikiləcək, 1400 nəfər işlə təmin olunacaq
Valeh Ələsgərov: Ələt Azad İqtisadi Zonasında 200 min ton alüminium istehsal edən müəssisə də tikiləcək. Burada 1300–1400 nəfər işlə təmin olunacaq. İqtisadi zonada fəaliyyətə başlayacaq ikinci böyük müəssisədə isə sənayedə tələb olunan məhsul istehsal ediləcək. Yeni müəssisədə 800 nəfərdən çox iş yeri açılacaqƏlət Azad İqtisadi zonasında inşa ediləcək hava limanı təkcə yükdaşıma kimi deyil, həm də sərnişindaşıma və bisnes aviasiya kimi fəaliyyət göstərəcək. İqtisadi zonanın İdarə Heyətinin sədri Valeh Ələsgərov bildirib ki, 750 hektar ərazini əhatə edəcək hava limanının tikilməsində məqsəd, həm də Azərbaycanı aviasiya habına çevirməkdir.
Xatırladaq ki, Ələt Azad İqtisadi Zonasında yeni yük hava limanının tikintisi ilə bağlı layihə ötən ilin noyabrında Bakıda keçirilmiş COP29 çərçivəsində “Silkway Group” Şirkətlər Qrupu tərəfindən elan edilib. Yeni hava limanı 18 təyyarə dayanacağı, 4 min metrlik uçuş-enmə zolağı, taksi yolları, hava hərəkəti idarəetmə mərkəzi, yanacaq və yanğınsöndürmə xidmətləri, eləcə də digər əlaqəli obyektləri əhatə edəcək. Eyni zamanda, hava limanı layihəsində fərdi ekspeditor anbarlarının, tez xarab olan yüklər üçün terminalların və müasir ofis binalarının inşası nəzərdə tutulur.
Layihənin əsas texnologiya tərəfdaşı Niderlandın “TKH Airport Solutions” şirkətidir. Yük hava limanının tikintisi 2026-cı ildə başa çatacaq. İlkin mərhələdə yeni aeroportun illik yükaşırma gücünün ilkin mərhələdə 500 min ton, daha sonra isə 1,5 milyon tona qədər artırılması planlaşdırılır. Hava limanı, ilk növbədə, sözügedən iqtisadi zonada fəaliyyət göstərən müəssisələrin yüklərinin təyyarə ilə daşınmasını təmin edəcək. Bütövlükdə isə, buradakı sahibkarlıq subyektləri Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, geniş dəmir yolu və avtomobil yolları qovşaqları ilə yanaşı, yeni hava limanına da çıxış əldə edəcəklər.
Yeri gəlmişkən, bir il 7 ay əvvəl birinci mərhələsinin açılışı olan Ələt Azad İqtisadi Zonasında artıq bir neçə şirkət də inşaat işlərinə başlayıb. Cari ildə burada iki böyük müəssisə fəaliyyətə başlayacaq. Bu barədə məlumat verən V. Ələsgərov qeyd edib ki, iqtisadi zonada 200 min ton alüminium istehsal edən müəssisə də tikiləcək. Burada 1300–1400 nəfər işlə təmin olunacaq. İqtisadi zonada fəaliyyətə başlayacaq ikinci böyük müəssisədə isə sənayedə tələb olunan məhsul istehsal ediləcək. Yeni müəssisədə 800 nəfərdən çox iş yeri açılacaq.
© "Xalq Qəzeti"
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
5 d. əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
-
9 d. əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
-
10 d. əvvəl
"Fitch Solutions" Azərbaycanda 2026-cı il üçün inflyasiya gözləntilərini azaldıb
-
29 d. əvvəl
Bakıda Ramazana özəl tədbir: 3 gün Dubay əmlaklarına endirim ediləcək
-
43 d. əvvəl
VTB (Azərbaycan) sahibkarlar üçün QR ödəniş xidmətini istifadəyə verdi
-
48 d. əvvəl
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
-
1 saat əvvəl
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Ən çox oxunanlar
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi
Fevralın 21-də gözlənilən hava şəraiti
Kanada şirkəti: Quba–Xəzəryanı regionunda 2027-ci ildə seysmik və qazma işlərinə başlamağı planlaşdırırıq
Dünya markaları ilə rəqabət aparan Azərbaycan məhsulu – "KNARR" boyaları xarici bazarlarda möhkəmlənir
Türkiyədən Azərbaycana turist axını artıb - 1 AYDA 36 MİN NƏFƏRDƏN ÇOX TURİST GƏLİB
Dünyanın ən çox gəlir əldə edən şirkəti dəyişib





















