2024-cü ildə əhalinin banklara borcu 1,5 milyard manat artaraq 8,5 milyard manata yaxınlaşıb
31 dekabr 2024-cü il tarixində fəaliyyətdə olan bankların cəmi aktivləri 53 milyard 1.4 milyon manat, cəmi öhdəlikləri 46 milyard 383 milyon manat, balans kapitalı 6 milyard 618.4 milyon manat olmuşdur. 2024-cü il ərzində bankların cəmi aktivləri, cəmi öhdəlikləri və balans kapitalı müvafiq olaraq 7.8%, 7.6% və 9.2% artmışdır.
Marja.az xəbər verir ki, bu, Mərkəzi Bankın "Statistik Bülleten Dekabr 2024" buraxılşında bildirilir.
Qeyd edilib ki, kredit portfelinin artımı cari ilin dekabr ayında da davam etmişdir. Hesabat ayında bankların kredit portfeli 0.4% və ya 109.5 milyon manat artaraq 27 milyard 477.7 milyon manat olmuşdur.
Kredit portfelinin strukturu:
2. biznes kreditləri – 53.8% (14 milyard 787.2 milyon manat);
2. istehlak kreditləri – 30.7% (8 milyard 445 milyon manat)
3. ipoteka kreditləri – 15.5% (4 milyard 245.5 milyon manat).
Ümumilikdə, 2024-cü ildə bankların kredit portfeli mütləq ifadədə 4 milyard 294.7 milyon manat (o cümlədən, biznes kreditləri 2 milyard 170.4 milyon manat, istehlak kreditləri 1 milyard 508 milyon manat, ipoteka kreditləri 616,4 milyon manat) artmışdır.
Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 0.3 faiz bəndi azalaraq 1.5% təşkil etmişdir.
Qeyd edək ki, istehlak krediti fiziki şəxslərə (əhaliyə) təklif edilən nağd pul kreditləridir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 saat əvvəl
-
-
1 gün əvvəl
Marsol Group partnyorları Abşeron Ticarət Mərkəzini ziyarət etdi
-
1 gün əvvəl
SOCAR-ın prezidenti “DeGolyer and MacNaughton” şirkətinin sədrilə görüşüb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Astarada "qara bazar"da dəyəri 90 milyon dollardan artıq olan heroin aşkar edildi
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Maşınqayırma zavodu özəlləşdirilir - İnvestisiya müsabiqəsi elan edildi
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Marsol Group partnyorları Abşeron Ticarət Mərkəzini ziyarət etdi
Dövlət 3 bankda 550 milyon manat depozit yerlədirib
Azərbaycanda nikahların və doğulan körpə sayı azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Asiya İnkişaf Bankının prezidenti ölkəmizdə səfərdədir - Sahil Babayev ilə görüşü olub
Bakcell-in meqa lotereyasında 6-cı avtomobil sahibinə çatdı!
Premium mənzillərin faizsiz kreditlə satışı davam edir
Mercedes-Benz EQS — səssiz və güclü performans
Azərbaycan Rusiyaya nota verdi
Azərbaycanda minik avtomobili montajı kəskin azalıb












.jpg)







.jpg)



