“İmprotex İndustries”-in “Revival” mexaniki minatəmizləyən texnikaları xarici bazarların diqqətini cəlb edib
“Improtex” şirkətlər qrupu ilə Səudiyyə Ərəbistan Krallığı arasında uzunmüddətli əlaqənin əsasları qoyul
Azərbaycanda “İmprotex İndustries” zavodunun istehsal etdiyi “Revival” mexaniki minatəmizləyən texnikaları xaricdə artan maraqla qarşılanır. Bu istiqamətdə növbəti vacib addım Səudiyyə Ərəbistanı Krallığının Müdafiə Nazirliyi tərəfindən atılmışdır. 13-15 yanvar 2025-ci il tarixlərində Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinin nümayəndə heyəti Azərbaycana işgüzar səfər gerçəkləşdirmişdir. Səfər Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin dəstəyi ilə həyata keçirilmişdir.
Səfər çərçivəsində “İmprotex” Şirətlər qrupunun təmsilçiləri ilə görüşlər keçirilmişdir. Bu görüşlər zamanı Səudiyyə Ərəbistanına “Revival” markalı texnikaların ixracı potensialı və minatəmizləmə sahəsində mümkün əməkdaşlıq istiqamətləri ətraflı müzakirə olunmuşdur.
Nümayəndə heyəti həmçinin Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin rəsmiləri ilə görüş keçirmişdir. Bu görüş çərçivəsində nümayəndə heyəti Qarabağa səfər etmiş, orada “Revival” texnikalarının real əməliyyat şəraitində sınaqdan keçmə prosesini izləmişdir. Bu texnikaların effektivliyi qonaqlar tərəfindən yüksək qiymətləndirilmişdir.
Səfər çərçivəsində daha bir vacib görüş Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə keçirilmişdir. Bu görüşdə hər iki ölkə arasında hərbi sferada, xüsusilə mühəndis-texniki sahədə əməkdaşlıq perspektivləri dərindən müzakirə olunmuşdur.
Nümayəndə heyəti səfər çərçivəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyində də görüş keçirmişdir. Görüşdə iki ölkə arasında iqtisadi əlaqələrin gücləndirilməsi və Azərbaycanın müdafiə sənayesi məhsullarının Səudiyyə Ərəbistanı bazarına çıxarılması üzrə imkanların genişləndirilməsi müzakirə olunmuşdur.
Bundan əlavə nümayəndə heyəti “Improtex industries” zavodu tərəfindən ilkin prototipi hazırlanmış və gələcəkdə davamlı istehsalına başlanacaq tam yerli istehsal olan İTX 6L, İTX 15M və İTX 20H model zirehli hərbi avtomobillərlərinə baxış keçirmiş və onların perspektivi ilə tanış olmuşdurlar.
Görüş əsnasında “Improtex” şirkətlər qrupu ilə Səudiyyə Ərəbistan Krallığı arasında uzunmüddətli əlaqənin əsasları qoyulmuşdur.
Bu səfər, Azərbaycan və Səudiyyə Ərəbistanı arasında dərinləşən müdafiə, iqtisadiyyat və texnoloji əməkdaşlığın növbəti nümunəsidir.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 gün sonra
Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi —
-
5 d. əvvəl
Son 2 gündə Bakıda imzalanmış sənədlər üzrə məbləğlər açıqlandı
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
14 d. əvvəl
Bank of Baku istiqrazları yüskək tələbatla satıldı - 99%-i fiziki şəxslər olan 601 investor!
-
21 d. əvvəl
"Sea Breeze Health Valley" layihəsilə ölkəmizin səhiyyə sisteminin modernləşəcəyi bildirilib
- 32 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
"Bu il 71 min unsiyadan bir qədər çox qızıl hasil etməyi planlaşdırırıq "
-
2 saat əvvəl
"Bank of Baku"nun istiqrazlarına 601 investordan 682 sifariş - BANK 20 MİLYON MANATI CƏLB EDƏ BİLDİ
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi —

Son 2 gündə Bakıda imzalanmış sənədlər üzrə məbləğlər açıqlandı

Azərbaycan şirkəti Türkiyə şirkətilə müqavilə imzalayıb - Modulyar Panel Sistemlərinin quraşdırılacaq

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Azərbaycanın Milli Depozit Mərkəzi ilə Qazaxıstanın Mərkəzi Depozitarı arasında müxbir əlaqələr yaradılıb
Ən çox oxunanlar

"Bank of Baku"nun istiqrazlarına 601 investordan 682 sifariş - BANK 20 MİLYON MANATI CƏLB EDƏ BİLDİ

Azərbaycan və Qətər Sərmayə Fondu birgə layihələri müzakirə edib

“Iteca Caspian” və “Caspian Event Organisers” şirkətləri "PAŞA Bank" ilə strateji tərəfdaşlığı elan ediblər

SOCAR İtaliyada 4500 yanacaqdoldurma məntəqəsi olan şəbəkəni aldı

"Ələtdə istifadəyə veriləcək yeni yük hava limanı Azərbaycanı Avrasiyada əsas logistika mərkəzlərindən birinə çevirəcək"

Spirtin və alkoqollu içkilərin istehsalı, idxal və satışına dövlət nəzarəti bu quruma da tapşırıldı
