Xalq Bank yenilənmiş Fərdi bankçılıq ofisini istifadəyə verdi
27 dekabr tarixində 20 illik yubileyini qeyd edən Xalq Bank, müştərilərinə daha yüksək keyfiyyət və fərdi yanaşmaya əsaslanan xidmət təcrübəsi təqdim etmək məqsədilə yenilənmiş Fərdi bankçılıq ofisinin açılışını həyata keçirib.
Bu, Bankın yüksək müştəri məmnuniyyətini təmin etmək istiqamətində atdığı növbəti mühüm addımdır.
“Müştərilərimizin rahatlığı və yüksək səviyyəli bank xidmətlərindən yararlanması bizim üçün hər zaman prioritetdir. Bu ofis, premium xidmət standartları ilə müştəri ehtiyaclarına xüsusi diqqət yetirərək onların rahatlığı və peşəkar xidmətlə təmin edilmələrini ön planda tutur. Məqsədimiz fərdi yanaşma və müasir xidmətlərlə müştərilərimizin gözləntilərini qarşılamaq, onlara eksklüziv bank xidmətləri təqdim etməkdir.” - Xalq Bankın İdarə Heyətinin sədri, Baş icraçı direktor Kamran Məcidov bildirib.
Ofisin konsepsiyasında rahatlıq və eksklüzivliyin bir araya gətirilməsinə maksimum diqqət yetirilmişdir. Burada müştərilərin rahatlığı üçün zövqlə dizayn edilmiş və müasir texnologiyalarla təchiz olunmuş xüsusi xidmət otaqları və zallar mövcuddur. Ofis bank xidmətlərinin təqdim edilməsi, özəl bank meneceri ilə işgüzar müzakirələr aparmaq üçün lazımi şəraitlə təmin edilib.
Fərdi bankçılıq ofisində müştərilərin ehtiyaclarına uyğunlaşdırılmış maliyyə həlləri və peşəkar məsləhətlər, əmanət, plastik kart, kredit və digər məhsullar, hesablaşma-kassa əməliyyatları, valyuta mübadiləsi kimi əməliyyatlar da daxil olmaqla bütün növ fərdi bank xidmətləri təklif olunur.
Fərdi bankçılıq ofisi Bankın Bakı şəhəri, İnşaatçılar prospekti 22L ünvanında yerləşən Baş ofis inzibati binasında həftə içi 5 gün saat 9:00-dan 18:00-dək xidmət göstərəcək.
Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az/ rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
14 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib






















