Dövlət İmtahan Mərkəzi 4 milyon manata yaxın xalis mənfəət əldə edib
Dövlət İmtahan Mərkəzi (DİM) 2023-cü ili 3 milyon 739 min manat xalis mənfəətlə başa vurub. Halbuki, DİM 2022-ci ildən 1 milyon 623 min manat xalis zərərlə çıxmışdı.
Qurumun maliyyə hesabatına görə ötən il DİM-in əməliyyat gəlirləri 38 milyon 983 min manat (əvvəlki ilə nisbətən 83,4 % çox), mal-material ehtiyyatları üzrə qiymətdəndüşmənin bərpası üzrə gəlirləri 121 min manat (3,2 dəfə az), investisiya gəlirləri 33 min manat (2,5 dəfə çox), digər gəlirləri 10 min manat (149,2 dəfə az), işçi heyəti üzrə xərcləri 21 milyon 777 min manat (34,8 % çox), amortizasiya xərcləri 2 milyon 907 min manat (6,4 % az), çap və redaktə xərcləri 5 milyon 949 min manat (4,1 dəfə çox), təmir və texniki qulluq xərcləri 514 min manat (6 % az), icarə xərcləri 292 min manat (29 % az), mühafizə xərcləri 255 min manat (3,4 % az), ehtiyyatların silinməsi xərcləri 284 min manat (əvvəlki il olmayıb), material xərcləri 778 min manat (33,2 %), ezamiyyə xərcləri 148 min manat (32,1 % az), digər xərcləri 1,695 milyon manat (54 % çox), mənfəət vergisi ödəmələri 676 min manat (40 dəfə çox), digər vergi ödəmələri isə 133 min manat (33,5 % az) təşkil edib.
Bu il yanvarın 1-nə DİM-in aktivləri 47 milyon 228 min manat olub ki, bu da illik müqayisədə 18,2 % çoxdur. Hesabat dövründə qurumun öhdəlikləri 51,2 % artaraq 1 milyon 971 min manata, balans kapitalı isə 17,1 % artaraq 45 milyon 257 min manata çatıb.
DİM ölkə Prezidentinin 11 aprel 2016-cı il tarixli fərmanı ilə yaradılıb. Onun nizamnamə kapitalı 1 milyon manatdır. Mərkəz dövlət qulluğu üçün kadrların seçilməsi, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun həyata keçirilməsi məqsədi ilə, habelə müqavilə əsasında dövlət orqanları, hüquqi və fiziki şəxslər üçün imtahanlar təşkil edən publik hüquqi şəxsdir.
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
-
5 saat əvvəl
Naxçıvan və Urumçi şəhərləri arasında iqtisadi əməkdaşlığa dair onlayn görüş keçirilib
-
7 saat əvvəl
Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb
- 7 saat əvvəl
-
7 saat əvvəl
Xarici vətəndaşlar üçün bəzi qoruq və muzeylərə giriş qiyməti dəyişir
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
- 8 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
ABB İnvest “İlin investisiya şirkəti” seçildi
Ən çox oxunanlar
Zərgərlik sahəsində əyar nəzarəti sistemi formalaşdırılır
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
Bakı Limanında rekord nəticə
Sahibkarın 4 milyon manatını ələ keçirməkdə təqsirləndirilən dəstənin məhkəməsi başlayıb
"FINCA Azerbaijan"ın dollar istiqrazlarına 54 investordan 54 sifariş - HƏRRACIN NƏTİCƏSİ
6 faydalı qazıntı yatağı hərraca çıxarılacaq
Paşinyan Azərbaycandan Ermənistana benzin tədarükünü alqışladı



















.jpg)
