Rusiya xarici ticarətdə Bitcoin-dən istifadə edir
Rusiyanın maliyyə naziri Anton Siluanov bildirib ki, rus şirkətləri beynəlxalq ödənişlərdə Bitcoin-dən istifadə etməyə başlayıblar.Rusiya şirkətləri Qərb sanksiyalarından çıxış yolu olaraq beynəlxalq ödənişlərdə Bitcoin və digər rəqəmsal valyutalardan istifadə etməyə başlayıblar.
Marja xəbər verir ki, bunu Rusiyanın maliyyə naziri Anton Siluanov bildirib.
Sanksiyalar Rusiyanın Çin və ya Türkiyə kimi əsas tərəfdaşları ilə ticarətini çətinləşdirib, çünki yerli banklar Qərb tənzimləyicilərinin yoxlamasından qaçmaq üçün Rusiya ilə əlaqəli əməliyyatlarda diqqətli olurlar.
Bu il Rusiya xarici ticarətdə kriptovalyutaların istifadəsinə icazə verib və kriptovalyutaların, o cümlədən Bitcoin-in "mədən" işinin leqallaşdırılması istiqamətində addımlar atıb. Rusiya Bitcoin hasilatı üzrə qlobal liderlərdən birinə çevrilib.
Siluanov "Rossiya 24" telekanalına açıqlamasında deyib: "Bitcoinlər-dən Rusiyada xarici ticarət əməliyyatlarında istifadə etmək mümkündür. Artıq belə əməliyyatlar həyata keçirilir. Hesab edirik ki, onlar genişləndirilməli və daha da inkişaf etdirilməlidir, mən əminəm ki, bu, gələn il baş verəcək” .
Bu ayın əvvəlində Vladimir Putin bildirib ki, ABŞ-ın hazırkı administrasiyası ABŞ dollarından siyasi məqsədlər üçün istifadə edir, onun ehtiyat valyuta rolunu zəiflədir və bir çox ölkələri alternativ aktivlərə üz tutmağa məcbur edir.
O, bu cür aktivlərə misal olaraq Bitcoin-i göstərib və Putinin dünyada heç kimin Bitcoin-i tənzimləyə bilməyəcəyi barədə açıqlamaları Rusiya liderinin kriptovalyutaların geniş istifadəsini dəstəklədiyini göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
12 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 16 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB




















