Azərbaycanlıların qurucusu olduğu "Corpowid" Türkiyədə 2 milyon TL-dən artıq mükafat qazandı - FOTO
"Corpowid Rəqəmsal Müyəssərlik Həlləri" şirkəti 7400-dən artıq startap arasından seçilərək 50 şirkətin təmsil olunduğu Böyük Finala vəsiqə qazanıb.Dünyada ən yaxşı universitet inkubasiya mərkəzi seçilən İstanbul Teknik Universiteti İTÜ Arı Teknokent tərəfindən təşkil edilmiş ənənəvi "BigBang Startup Challange" yarışmasında azərbaycanlıların qurucusu olduğu Corpowid Rəqəmsal Müyəssərlik Həlləri şirkəti 7400-dən artıq startap (startup) arasından seçilərək 50 şirkətin təmsil olunduğu Böyük Finala vəsiqə qazanmışdır.
Finalda Türkiyənin ən böyük holdingləri qarşısında çıxış edən şirkətin təqdim etdiyi innovativ həllər böyük maraqla qarşılanmışdır. Nəticədə ən çox dəstək alan 7-ci startap seçilən Corpowid 2 milyon Türk Lirəsindən artıq nağd pul və mükafatlar qazanmışdır.
Qeyd edək ki, ötən il bu mötəbər müsabiqənin finalına çıxmış 40 startap 2024-cü il ərzində 392 milyon ABŞ dolları bazar dəyəri ilə 71 milyon ABŞ dolları investisiya almışdır.
Corpowid rəqəmsal müyəssərlik həlləri təqdim edən texnologiya startap şirkətidir. Hazırda dünyada 1 milyarddan çox insan üçün dünya internet resurslarının 96 %-i əlçatan deyildir. Şirkətin təqdim etdiyi süni intellektlə dəstəklənən xüsusi proqram təminatı istənilən internet saytına asanlıqla inteqrasiya olunur və saytları görmə, eşitmə, disleksiya, epilepsiya, Parkinson, koqnitiv motor xəstəlikləri və yaşa bağlı digər məhdudiyyətləri olan şəxslər üçün əlçatan edir.
Corpowid fəaliyyətinə 2024-cü ildə başlamış və artıq 5 ölkədə 100-dən artıq müştəriyə xidmət göstərməkdədir. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən keçirilən nüfuzlu IDDA Awards-da İlin Kəşfi nominasiyasında qalib olmuş və Netty 2024 Milli İnternet Mükafatının Sosial Məsuliyyət və Cəmiyyət kateqoriyasını qazanmışdır.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 16 d. əvvəl
-
- 34 d. əvvəl
-
1 saat əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Sabaha olan hava proqnozu
“Azerconnect Group” “mygov” platformasına qoşulub
Cavid Quliyev/ “PAŞA Bank”: “İPO ilə illər ərzində yaratdığımız dəyəri geniş investor kütləsi ilə bölüşmək istəyirik”
Rəsmi məzənnələr açıqlandı
Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Ən çox oxunanlar
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq





















