Unibank komandası futbol çempionatının qalibi olub
(®) Unibankın əməkdaşlarından ibarət futbol komandası “Banklararası Futbol Çempionatı”nın qalibi olub.
Ümumilikdə 16 komandanın qatıldığı çempionatda Unibank komandası əsl uğur hekayəsi yazıb. Keçirilən 11 oyunun heç birində məğlub olmayan komanda, bütün oyunları qələbə ilə başa vurmaqla, çempionat tarixində bir rekorda imza atıb.
Bakı Tennis Akademiyasında keçirilən final görüşün Kapital Bank komandası üzərində əsas hissəsi 1:1 hesabı ilə bitən oyununda penaltilər seriyasında Unibank komandası 2:0 hesabı ilə qələbə qazanaraq, çempionatın qalibi olub. Ümumilikdə çempionat müddətində Unibank komandası rəqiblərin qapısından ən çox qol keçirən komanda olub.
Komanda üzvləri ayrı-ayrılıqda da fərqləniblər. Çempionatın nəticələrinə görə, “Ən yaxşı oyunçu” nominasiyasının qalibi 21 qolla Unibank komandasının üzvü Telman Muxtarov, Liqanın “Ən yaxşı qapıçısı” isə qalib komandanın nümayəndəsi Fərrux Əliyev seçilib. Unibank komandasının baş məşqçisi Ruslan Əmircanov olub.
Qeyd edək ki, Fire League Business Cup-ın təşkil etdiyi futbol turniri artıq ənənə halını alıb. Hər il bankların əməkdaşlarından ibarət komandalar turnir çərçivəsində çempionluq uğrunda yarışırlar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 6 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
-
3 saat əvvəl
"Bir" İçərişəhərin rəqəmsallaşdırılmasına dair Anlaşma Memorandumu imzalayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Tramp: Netanyahu mən nə istəsəm, onu edəcək
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Ən çox oxunanlar
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)








.jpg)







