Mərkəzi Bank şirkətlərin depozitlərinin azalmasının səbəbini açıqlayıb
Azərbaycanda hüquqi şəxslərin depozitləri bir ayda 1.8 milyard manatdan çox azalıb. Belə ki, cari ilin noyabr ayının 1-nə banklarda hüquqi şəxslərin depozitləri (maliyyə institutları istisna olmaqla) əvvəlki ayla müqayisədə 8.1% və ya 1 milyard 805.5 milyon manat azalaraq 20 milyard 404.3 milyon manat təşkil edib.
Məsələ ilə bağlı Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib ki, hüquqi şəxslərin depozitləri üzrə müvafiq dinamika əsasən xarici valyutada cari hesabların azalması ilə bağlıdır. Müşahidə olunan dinamika şirkətlərin fəaliyyət xüsusiyyətlərindən, eləcə də dövlət və digər ödənişlərdən asılı olaraq formalaşıb.
“Müqayisə üçün bildiririk ki, analoji hal 2022-ci ilin yanvar, fevral, iyul, eləcə də 2023-cü ilin yanvar, fevral, iyun və iyul aylarında da müşahidə olunub.
Ümumilikdə, hüquqi şəxslərin depozitlərinin dinamikasına ortamüddətli dövr üzrə baxılması məqsədəuyğundur. Məlumat üçün qeyd edək ki, son 3 ildə müddətli depozitlərin həcmi 2.6 dəfə və ya 3.3 mlrd. manat, cari ilin 10 ayında isə 20.6% və ya 0.9 mlrd. manat artıb” - deyə AMB-dən bildirilib.
© APA
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
14 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib





















