Türkiyə Lirəsi daha da ucuzlaşdı - MƏZƏNNƏDƏ YENİ REKORD
Gələn həftə Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) 1,50 və ya 2,50 bənd faiz azaldacağı gözlənilir. Həmçinin qlobal bazarlarda ABŞ dolları bahalaşır. Bunlar birlikdə Türkiyə Lirəsinin ucuzlaşmasına səbəb olur.
ABŞ Federal Ehtiyat Sisteminin (FED, Mərkəzi Bank) faiz endirimi gözləntilərini azaltması qərarı ilə Dolların qlobal bahalaşması davam edir.
Marja.az xəbər verir ki, Dolların məzənnəsi qısamüddətli 35,2620 Türkiyə lirəsi (TL) səviyyəsini görüb. Hazırda (Bakı vaxtı ilə saat 13:23) Dollar/TL məzənnəsi 35,19 səviyyələrindədir.
Avro/TL 36,57 səviyyəsində hərəkət edir.
Dekabrın əvvəlindən Türkiyə Lirəsinin dollar qarşısında ucuzlaşaması 1,5 faizi keçib. TL-nin itkisi ilin əvvəlindən bu yana 16,2%-ə çatır.
TL-nin dollar qarşısında ucuzlaşması sentyabr və oktyabr aylarında 0,4 faiz və 0,2 faizlə son dərəcə aşağı səviyyələrdə olduqdan sonra sürətlənib.
ABŞ-da faiz dərəcəsinin azaldılması gözləntilərinin azalmasının ardından Dollar indeksi qlobal bazarlarda iki illik zirvəyə yaxındır. Bazarlar, 2025-ci ildə FED-dən 0,40 bənd faiz endirimi gözləyirlər. Əvvəl bu nisbət 1 faiz bəndi idi.
Dollar indeksi, ABŞ-da faiz dərəcələrinin gözləniləndən daha uzun müddət daha yüksək səviyyədə qalacağına dair gözləntilər ilə dəstəklənir və həftəni 1,4% artımla bağlamağa hazırlaşır.
Bütün gözlər gələn həftəki faiz qərarındadır
faiz azaldılması dövrünə başlayacağı gözlənilən Türkiyə Cümhuriyyəti Mərkəzi Bankın (TCMB) 26 dekabr iclası və bununla bağlı gözləntilər Türkiyə bazarında əsas gündəm mövzusudur.
Reuters-in sorğusuna görə, TCMB gələn həftə 1,50 və ya 2,50 bənd faiz azalda bilər.
İlk azalmanın məbləği ilə bağlı gözləntilərdə fikir ayrılığına səbəb olan əsas amil inflyasiyanın gözləniləndən daha yavaş azalmasıdır. Bu fərqə baxmayaraq, sorğuda faiz endirimi gözləntilərinin gələn il də davam edəcəyi qeyd olunur.
Sorğu iştirakçılarına görə, TCMB 8 ay ərzində 50% səviyyəsində sabit saxladığı uçot dərəcəsini gələn həftə gözlənilən ilk yumşalma addımından sonra 2025-ci ilin sonuna qədər 21,50 faiz bəndi azaldacaqdır.
Bankirlər 2025-ci ilin sonuna qədər TCMB-dən 20 bəndlik faiz endirimi gözləyirlər. Bu gözlənti müasir pul siyasəti və açıq inflyasiya rejiminin həyata keçirildiyi 2000-ci illərin əvvəllərindən bəri ən böyük faiz azaldılması dövrünə işarə edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 44 d. əvvəl
-
-
1 saat əvvəl
Bugatti Mistral - Dünyanın ən sürətli roadsteri artıq Azərbaycanda - FOTOLAR
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycan xaricilərə 8 milyon manata yaxın “tax free” qaytarıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Azərbaycanın investisiya şirkətinə əlavə maya qoyulur

Özbəkistan Prezidenti Azərbaycana səfərə gəlib

Bakı Limanında son 22 ilin ən yüksək nəticəsi qeydə alınıb

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Azərbaycan xaricilərə 8 milyon manata yaxın “tax free” qaytarıb

Qırğızıstan Prezidenti Azərbaycana gəldi

Macarıstanın Baş naziri Qəbələdədir

Azərbaycan bazarı Pakistan əti ilə dola bilər - RƏSMİ İCAZƏ ALDILAR

Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı artmaqda davm edir

Dövlət Vergi Xidməti "planı" artıqlaması ilə icra edib

Fond 9 ayda dövlət büdcəsinə 11 milyard manata yaxın vəsait köçürüb

Bazarlar “istefa şok"unu yaşayır

Fransanın Baş naziri istefa etdi, bazarlar sarsıldı
