"Azərbaycan manatın məzənnəsini sabit saxlamaqda davam edəcək" - REYTİNQ AGENTLİYİ
“S&P” həmçinin hesab edir ki, 2028-ci ilə qədər manatın ABŞ dollarına qarşı məzənnəsi dəyişməyəcək. "Hökumətin valyuta bazarına mütəmadi müdaxilələri ilə Azərbaycanda dollar/manat nisbətinin 1,70 səviyyəsində saxlayacağını proqnozlaşdırırıq. Bununla belə, karbohidrogen qiymətləri kəskin düşərsə və uzun müddət aşağı qalarsa, hakimiyyətin Mərkəzi Bankın valyuta ehtiyatlarını əhəmiyyətli azalmadan qorumaq üçün məzənnəni tənzimləməyi nəzərdən keçirəcəyini ehtimal edirik".
"Biz proqnozlaşdırırıq ki, Azərbaycan manatın məzənnəsini sabit saxlamağa davam edəcək".
Bu barədə "S&P Global Ratings" Beynəlxalq Reytinq Agentliyi Azərbaycanın reytinq qiymətləndirməsində bildirib.
Agentlik 2028-ci ilə kimi manatın məzənnəsinin sabit qalacağını nəzərdə tutur.
Qeyd edilib ki, məzənnənin 1,7 AZN səviyyəsində saxlanılması üçün hökumət valyuta bazarına müntəzəm müdaxilələr edəcək.
Bununla belə, əgər hidrokarbon qiymətləri kəskin şəkildə düşərsə və uzun müddət aşağı səviyyədə qalarsa, hökumət Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatlarının əhəmiyyətli azalmasının qarşısını almaq üçün mübadilə məzənnəsini tənzimləməyi düşünəcək.
S&P qeyd edib ki, manatın ABŞ dollarına “bərkidilməsi” daha çox proqnozlaşdırıla bilənlik təklif edir, lakin Mərkəzi Bankı müstəqil pul siyasəti aparmaq imkanından məhrum edir. Bununla belə, AMB-nin hələ də pul siyasəti ilə bağlı məhdud əməliyyat müstəqilliyi var.
“Daxili depozit dollarlaşması, pandemiyadan əvvəlki 55%-dən 2024-cü ilin oktyabrında 34%-ə qədər azalıb. Manatda yığımların daha cəlbedici olmasını isə milli valyuta depozitlərinə yüksək orta faiz dərəcəsi (8.7%, xarici valyuta depozitləri üçün 2.9% ilə müqayisədə), sabit məzənnə və büdcədən yuxarı neft qiymətləri ilə əlaqələndiririk”- S&P əlavə edib.
© APA
Müştərilərin xəbərləri

"Prime Cotton" beynəlxalq uğurlarını artırır - İpliklərinin tam təhlükəsiz olduğu nüfuzlu sertifikat ilə təsdiqləndi
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 6 gün sonra
- 3 saat əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Maliyyə sabitliyinin sirləri: Niyə insanlar pula qənaət edə bilmir?
-
5 saat əvvəl
Bankalar Bitcoin üçün il sonu qiymət proqnozlarını artırıblar
-
5 saat əvvəl
Azərbaycan Kredit Bürosunun Baş Direktoru Assosiasiya sədri seçilib
- 5 saat əvvəl
-
6 saat əvvəl
“Azər-Türk Bank” səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Azercell Amazon ilə tərəfdaşlıq qurur

AFB Bank 13% gəlirlilik təklif edən istiqrazlar təqdim edir

Maliyyə sabitliyinin sirləri: Niyə insanlar pula qənaət edə bilmir?

Azərbaycan Kredit Bürosunun Baş Direktoru Assosiasiya sədri seçilib

"Prime Cotton" beynəlxalq uğurlarını artırır - İpliklərinin tam təhlükəsiz olduğu nüfuzlu sertifikat ilə təsdiqləndi
Ən çox oxunanlar

Bu gün "Ucuz Tesla” modeli təqdim olunacaq

Toyota yüz minlərlə avtomobili geri çağırır: Kamerasında texniki nasazlıq aşkarlanıb

BOKT “Caspian İnvest” 11-ci filialını Qazaxda açdı

Əliyev Putinə zəng edib

Bankın Nəzarət şöbəsinə mütəxəssislər tələb olunur
