KOB-lar üçün elan edilmiş 6-cı qrant müsabiqəsinin nəticələri açıqlanıb
Qrant müsabiqəsində qalib olmuş 20 layihənin hər birinə 20 min manata qədər maliyyə vəsaiti ayrılacaq.Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi üçün elan edilmiş 6-cı qrant müsabiqəsinin nəticələri açıqlanıb. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən keçirilmiş müsabiqəyə təqdim edilmiş layihələrdən 20-nin maliyyələşdirilməsi barədə qərar qəbul olunub.
KOBİA-nın yaydığı məlumatda bildirilir ki, qalib layihələrin hər birinə maksimum 20 min manata qədər maliyyə vəsaiti ayrılacaqdır.
Layihələrin ekspertizası məqsədilə yaradılmış Ekspert Komissiyasının dekabrın 6-da keçirilmiş iclasında qeyd edilib ki, müsabiqəyə KOB subyektləri tərəfindən 259 layihə təqdim edilib. KOB subyektlərinə məxsus layihələrin 111-i hüquqi, 148-i fiziki şəxslərə, o cümlədən 248-i mikro, 10-u kiçik, 1-i iri sahibkarlıq subyektlərinə məxsusdur. Müsabiqəyə təqdim olunmuş layihələrdən 90-ı təhsil, 22-si elm, 56-sı tədqiqat, 91-i dəstək layihələridir.
Qeyd edək ki, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi üçün elan edilmiş 6-cı qrant müsabiqəsinə sənəd qəbulu 24 sentyabr - 23 oktyabr 2024-cü il tarixlərində, layihələrin ekspertizası və qiymətləndirilməsi isə 25 oktyabr 2024-ci il - 25 noyabr 2024-cü il tarixlərində həyata keçirilib. Ekspert Komissiyası tərəfindən layihələrin qiymətləndirilməsi zamanı Nazirlər Kabinetinin 30 sentyabr 2020-ci il tarixli Qərarı ilə təsdiq olunmuş meyarlara uyğun olaraq, onun mikro, kiçik və orta sahibkarlığın inkişafına təsiri, innovativliyi, əsaslandırılmış ideyasının olması, praktiki məqsədlər üçün tətbiq imkanları, layihənin icrası üçün lazımi təcrübənin və maddi-texniki bazanın mövcudluğu və digər bu kimi amillər əsas götürülüb.
Qalib layihələr barədə ətraflı məlumatı KOBİA-nın saytından əldə etmək olar: https://smb.gov.az/az/nav/qrant
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 15 d. əvvəl
-
- 33 d. əvvəl
-
1 saat əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Sabaha olan hava proqnozu
“Azerconnect Group” “mygov” platformasına qoşulub
Cavid Quliyev/ “PAŞA Bank”: “İPO ilə illər ərzində yaratdığımız dəyəri geniş investor kütləsi ilə bölüşmək istəyirik”
Rəsmi məzənnələr açıqlandı
Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Ən çox oxunanlar
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq






















