Şamaxının investisiya cəlbediciliyinin və biznes imkanlarının təşviqinə dair konsepsiyası hazırlanıb

Layihə çərçivəsində Şamaxının investisiya cəlbediciliyinin və biznes imkanlarının təşviqinə dair konsepsiyası hazırlanıb.
Bu barədə Marja-ya Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən bildirilib (KOBİA)
Şamaxı Rayon İcra Hakimiyyətinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Elm və Təhsil Nazilriliyinin İqtisadiyyat İnstitutunun təşkilatçılığı ilə "Şamaxı rayonunun özəl investisiyalar üçün cəlbediciliyinin artırılması” layihəsi çərçivəsində biznes forum keçirilib.
Tədbidə İqtisadiyyat İnstitutu tərəfindən 2024-cü il ərzində həyata keçirilmiş "Şamaxı rayonunun özəl investisiyalar üçün cəlbediciliyinin artırılmasına təşviq və dəstək mexanizmlərinin hazırlanması" layihəsi üzrə görülmüş işlər barədə məlumat verilib. Qeyd olunub ki, layihənin məqsədi Şamaxı rayonuna özəl investisiyaların cəlb edilməsi imkanlarının araşdırılması, rayona sərmayə qoyuluşunun artırılması üçün təşviq və dəstək mexanizmlərinin hazırlanması olub. Bunun üçün Şamaxı rayonunun iqtisadi potensiali, demoqrafik xüsusiyyətləri, coğrafi mövqeyi, iqlim şəraiti, istehsal imkanları, insan kapitalı, maliyyə resursları ilə bağlı mövcud vəziyyət təhlil edilib, bir sıra xarici ölkələrin təcrübəsi öyrənilib, yerli sahibkarlar arasında sorğular keçirilib. Həmçinin, layihə çərçivəsində yerli sahibkarlarla görüşlər təşkil olunub, bir sıra dövlət qurumları, ekspertlər və KOBİA ilə əməkdaşlıq edilib.
Biznes forum zamanı məlumat verilib ki, tədqiqat Şamaxı rayonu üçün nəzərdə tutulsa da, ölkənin digər regionları üçün də nümunə olmaqla istifadə edilə, praktik idarəetmə qərarlarının hazırlanmasında, özəl investisiyaların cəlb olunmasında, yeni iş yerlarının açılmasında, istehsalın artmasında yerli icra hakimiyyəti orqanları üçün faydalı ola bilər.
Araşdırmanın nəticəsi olaraq Şamaxının investisiya cəlbediciliyinin və biznes imkanlarının təşviqi üzrə konsepsiya hazırlanıb. Bununla yanaşı, KOB klasterlərin yaradılması, təbii balın və yerli dərman bitkilərinin tədarükü və qablaşdırılması, məişət tullantılarının səmərəli idarə edilməsi, aqroparkların, tədarük məntəqələrinin və soyuducu anbarların genişləndirilməsi, sənaye məhəllələrinin yaradılması, turizmin inkişafı üzrə təkliflər verilib.
Müştərilərin xəbərləri

"Prime Cotton" beynəlxalq uğurlarını artırır - İpliklərinin tam təhlükəsiz olduğu nüfuzlu sertifikat ilə təsdiqləndi
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 6 gün sonra
-
3 d. əvvəl
Vahid vergi bəyannaməsinin “SİMA İmza” ilə təqdim edilməsi mümkün oldu
-
- 28 d. əvvəl
- 39 d. əvvəl
- 1 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
17 saat əvvəl
Maliyyə sabitliyinin sirləri: Niyə insanlar pula qənaət edə bilmir?
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Qızılın qiyməti ilk dəfə 4 000 dolları keçdi

Rəsmi məzənnələr açıqlandı

Azercell Amazon ilə tərəfdaşlıq qurur

Milyonluq mənimsəmədə ittiham olunan şəxsə hökm oxunub: 10 İL - 299 şirkətin vasitəsilə dövlət vəsaitinin yeyintisi

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

Maliyyə sabitliyinin sirləri: Niyə insanlar pula qənaət edə bilmir?

Bankalar Bitcoin üçün il sonu qiymət proqnozlarını artırıblar

Azərbaycan Kredit Bürosunun Baş Direktoru Assosiasiya sədri seçilib

"Prime Cotton" beynəlxalq uğurlarını artırır - İpliklərinin tam təhlükəsiz olduğu nüfuzlu sertifikat ilə təsdiqləndi
