“ONGC Videsh” Azərbaycanda və ondan kənarda SOCAR ilə əməkdaşlıqda maraqlıdır
Hindistanın "ONGC Videsh” şirkəti Azərbaycan iqtisadiyyatına bu günə qədər təxminən 1,5 milyard ABŞ dolları həcmində investisiya yatırıb.
Bu barədə “ONGC Videsh Limited”in Azərbaycan filialının rəhbəri Kalyana Raman Renqara (Kalyana Raman Rengara) bildirib.
"Şirkət həm Azərbaycanda, həm də üçüncü ölkələrdə SOCAR ilə birgə neft kəşfiyyatı və hasilatı layihələrində iştirak etməkdə son dərəcə maraqlıdır", - K.Renqara bildirib.
O qeyd edib ki, bu məqsədlə “ONGC Videsh Limited” Norveçin “Equinor” şirkətindən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi layihəsində 0,615 % və Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin operatoru olan “BTC Co” boru kəməri şirkətində 0,737 % pay alaraq Azərbaycandakı layihələrdə iştirakını artırıb. Sövdələşmə bu yaxınlarda - 29 noyabr 2024-cü ildə tam başa çatıb.
Bundan əlavə, “ONGC Videsh” meneceri bildirib ki, şirkət Azərbaycanda bərpa olunan enerji mənbələrinin inkişafına yönəlmiş layihələrdə iştirak imkanını istisna etmir.
"ONGC Videsh” şirkətin biznes inkişaf strategiyası və siyasətinə uyğun olaraq Azərbaycanda bərpa olunan enerji mənbələri layihələrində iştirak imkanını nəzərdən keçirə bilər", - K.Renqara vurğulayıb.
Qeyd edək ki, hazırda “ONGC Videsh” Azərbaycanda 2,925 % pay ilə AÇG layihəsinin və 3,11 % pay ilə BTC neft kəmərinin iştirakçısıdır.
Şirkətin əsas fəaliyyəti Hindistandan kənarda neft-qaz yataqlarının kəşfiyyatı və işlənməsidir. O, 15 ölkədə 32 neft-qaz layihəsində aktivlərə malikdir. Ehtiyatlarına və hasilatına görə “ONGC Videsh” Hindistanın ən böyük ikinci enerji şirkətidir və yalnız ana şirkəti ONGC-dən geri qalır.
© “Report”
Müştərilərin xəbərləri
“Qarabağdan Silikon Vadisinə” adlı yeni startap proqramı elan olunur - 50 MİN DOLLARADƏK DƏSTƏK VERİLƏCƏK
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 12 d. əvvəl
-
- 25 d. əvvəl
- 27 d. əvvəl
-
1 saat əvvəl
Gəncə Avtomobil Zavodu uşaq evinin yeniyetmələrinin işlə təminat layihəsinə başlayıb
-
15 saat əvvəl
17% gəlir təklif edən istiqrazlaırın yerləşdirilməsi üzrə hərrac tarixi açıqlandı
-
15 saat əvvəl
Azərbaycanın şirkətlər qrupu 92 yaşlı "qocanı" işə qəbul etdi
-
16 saat əvvəl
Avropa Komissiyası SOCAR-ın İtaliya şirkətinin səhmlərini almasını təsdiqləyib
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
"S&P Global Ratings" PAŞA Bank-ın proqnozunu “müsbət”ə yüksəltdi
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Neftin qiyməti son 6 ayın ən yüksək səviyyəsinə yaxındır
Rəsmi məzənnələr açıqlandı
Gəncə Avtomobil Zavodu uşaq evinin yeniyetmələrinin işlə təminat layihəsinə başlayıb
Azərbaycanın şirkətlər qrupu 92 yaşlı "qocanı" işə qəbul etdi
Ən çox oxunanlar
Bank kuryer xidməti üzrə tenderi elan edir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"S&P Global Ratings" PAŞA Bank-ın proqnozunu “müsbət”ə yüksəltdi
“Yelo Bank”a 2 yeni icraçı direktor təyin edilib
Birbank-ın Yığım hesabı ilə pulunuz hər gün gəlir gətirsin
Satışları kəskin azalıb - Nəhəng şirkət daha 100 mağaza bağlayacaq



















