“AzerGold” şirkəti Qvineya-Bisau ilə sənəd imzaladı - AFRİKA ÖLKƏSİNİN EHTİYATLARINI QİYMƏTLƏNDİRƏCƏK
“AzerGold” QSC-də Qvineya-Bisau Respublikasının nümayəndə heyəti ilə görüş keçirilib. Görüşün davamında “AzerGold” QSC tərəfindən Qvineya-Bisau ərazisində mövcud perspektivli sahələrin ilkin ehtiyatlarının qiymətləndirilməsi işlərinin aparılmasına dair ilkin razılıq əldə edilib.. Görüşün nəticəsi olaraq “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov və Qvineya-Bisau Respublikasının ətraf mühit, biomüxtəliflik və iqlim dəyişikliyi naziri Viriato Kassama arasında dağ-mədən sahəsində məlumat mübadiləsinə dair Məlumatların Gizli Saxlanılması (NDA – Non-disclosure agreement) sənədi imzalanıb.
“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov dekabrın 2-də ölkəmizdə səfərdə olan Qvineya-Bisau Respublikasının xarici işlər, beynəlxalq əməkdaşlıq və icma naziri Karlos Pinto Pereiranın rəhbərlik etdiyi, ətraf mühit, biomüxtəliflik və iqlim dəyişikliyi naziri Viriato Kassamanın da daxil olduğu nümayəndə heyəti ilə görüşüb.
QSC-nin yaydığı məlumatda bildirilir ki, Zаkir İbrahimov “AzerGold"un fəaliyyət sahələri üzrə əldə etdiyi nailiyyətlər, Səhmdar Cəmiyyətin strateji planları və dağ-mədən sektorunda iqtisadi səmərəliliyin artırılması, eləcə də yerli və beynəlxalq qanunvericiliyin tələblərinə uyğun ətraf mühitin mühafizəsi, sosial məsuliyyət istiqamətində görülən işlər haqqında bəhs edib.
“AzerGold” QSC-nin xarici tərəfdaşlarla uğurlu əməkdaşlıq təcrübəsinin olduğunu bildirən Zakir İbrahimov fəaliyyətin gələcəkdə ölkə hüdudlarından kənarda da genişləndirilməsinin QSC-nin strateji planlarına daxil olduğunu qeyd edib. Sədr mineral resurslarla zəngin olan Afrika qitəsinin də maraq dairəsində olduğuna diqqət çəkib.
Qvineya-Bisau Respublikasının xarici işlər, beynəlxalq əməkdaşlıq və icma naziri Karlos Pinto Pereira ölkəsinin ikitərəfli münasibətlərin möhkəmdirilməsində maraqlı olduğunu diqqətə çatdırıb, dağ-mədən sahəsində mövcud imkanları və investorlar üçün yaradılan şəraitdən bəhs edib.
Ölkəsində dağ-mədən sahəsinin ilkin inkişaf mərhələsində olduğunu bildirən Qvineya-Bisau Respublikasının ətraf mühit, biomüxtəliflik və iqlim dəyişikliyi naziri Viriato Kassama isə “AzerGold” QSC-nin təcrübəsindən faydalanmaq niyyətində olduqlarını ifadə edib. Nazir ölkəsinin ən son geoloji xəritəsinin 1970-ci illərdə keçmiş SSRİ-dən olan mütəxəssislər tərəfindən hazırlandığını və müasir tədqiqat metodları ilə perspektivli sahələrin müəyyən edilməsinə böyük ehtiyac olduğunu qeyd edib.
Tərəflər “AzerGold” QSC-nin innovativ geoloji axtarış metodları və müasir tədqiqat üsullarından istifadə təcrübəsi nəzərə alınaraq, bu sahədə əməkdaşlığın qurulması ətrafında fikir mübadiləsi aparıblar.
Görüşün davamında “AzerGold” QSC tərəfindən Qvineya-Bisau ərazisində mövcud perspektivli sahələrin ilkin ehtiyatlarının qiymətləndirilməsi işlərinin aparılmasına dair ilkin razılıq əldə edilib.Bu məqsədlə Səhmdar Cəmiyyəti tərəfindən xəritəalma işləri, axtarış-qiymətləndirmə mərhələsi üzrə ölkə ərazisində qeyri-invaziv axtarış metodu hesab edilən hiperspektral peyk çəkilişləri həyata keçirilməli, məlumatların təhlili, o cümlədən ilkin geoloji kəşfiyyat işləri icra olunmalıdır.
Görüşdə Azərbaycan şirkətinin xüsusilə qızıl mədənlərinin istismarı üzrə təcrübəsi nəzərə alınaraq, gələcəkdə kəşf ediləcək qızıl mədənlərində hasilat işlərinin aparılmasına dair təşəbbüsləri də dəyərləndirməyə hazır olduğu diqqətə çatdırılıb.
Görüşün nəticəsi olaraq “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov və Qvineya-Bisau Respublikasının ətraf mühit, biomüxtəliflik və iqlim dəyişikliyi naziri Viriato Kassama arasında dağ-mədən sahəsində məlumat mübadiləsinə dair Məlumatların Gizli Saxlanılması (NDA – Non-disclosure agreement) sənədi imzalanıb.
Müştərilərin xəbərləri

Birbank əngəlsiz bankçılıq sahəsində inqilabi yeniliyə imza atdı: “İşarət dili ilə videozəng xidməti” təqdim edildi
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 16 saat sonra
- 33 d. əvvəl
-
- 40 d. əvvəl
-
52 d. əvvəl
Azərbaycan Zərgərlər Assosiasiyası: "Qızılın bir unsiyası 4 000 dollara qədər bahalaşa bilər"
-
1 saat əvvəl
Vergi Xidməti əmək haqqına vergi güzəştlərinin bitməsi ilə bağlı məsələyə münasibət bildirib
-
1 saat əvvəl
“SmartYurd” adlı rəqəmsal yataqxana idarəetmə sistemi yaradılıb
-
2 saat əvvəl
Azərbaycan şirkəti dünyanın tanınmış brendinin məhsullarını istehsal edəcək - MÜQAVİLƏ İMZALANIB
-
2 saat əvvəl
Dərnəgül tikinti materialları bazarının köçürüləcəyi yer bəlli oldu - FOTOLAR
-
3 saat əvvəl
Azercell “Talassemiyasız həyat naminə!” proqramı çərçivəsində qanvermə aksiyası keçirib
-
3 saat əvvəl
Aeroportda yeni taksi qiymətləri ilə bağlı aidiyyəti qurumlara müraciət ünvanlanacaq
-
3 saat əvvəl
Alibaba-nın səhmələrinin qiyməti son 4 ilin ən yüksək səviyyəsinə qalxıb
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi

38,5 milyon manat Lənkəranın kanalizasiyası üçün getdi

Azərbaycan Halal Biznes Forumu keçiriləcək - TARİX

“SmartYurd” adlı rəqəmsal yataqxana idarəetmə sistemi yaradılıb

Aeroportda yeni taksi qiymətləri ilə bağlı aidiyyəti qurumlara müraciət ünvanlanacaq
Ən çox oxunanlar

Sentyabrın 25-də gözlənilən hava şəraiti

Avropa bankı Azərbaycanda ilk istiqraz buraxılışına hazırlaşır

Rasional liderlik, ənənəvi liderlik, xarizmatik liderlik

“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşıdır
