Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları son 2 ayda 828 milyon dollar "əriyib"
Mərkəzi Bankın valyuta ehtiyatları 11 milyard dollardan aşağı düşüb
2024-cü ilin Noyabr ayında Azərbaycan Mərkəzi Bankının rəsmi valyuta ehtiyatları 403,9 milyon dollar da azalaraq 10 milyard 967.8 milyon dollara düşüb.
Bu barədə Marja.az Mərkəzi Banka istinadən xəbər verir.
Oktyabr ayında Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 424,1 milyon dollar azalaraq 11 milyard 371,7 milyon dollara geriləmişdi.
Son 2 ayda (oktyabr-noyabr) Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 828 milyon dollar azalıb.
2024-cü ilin Sentyabr ayının sonunda Mərkəzi Bankın valyuta ehtiyatları 11 milyard 795,8 milyon ABŞ dollarına çatmışdı.
Mərkəzi Bank tərəfindən xarici valyutada dövlət xərclərinin (dövlət layihələri və tədbirləri, müdafiə, xarici valyutada öhdəliklərin azaldılması və digər strateji əhəmiyyətli) icrasına dəstək məqsədilə valyuta ehtiyatlarından xüsusi satışlar həyata keçirib. Bununla əlaqədar olaraq rəsmi ehtiyatlar azalıb.
Rəsmi valyuta ehtiyatları (milyon ABŞ dolları ilə)
29.11.2024 10967.8
31.10.2024 11371.7
30.09.2024 11795.8
30.08.2024 11783.5
31.07.2024 11765.7
28.06.2024 11737.6
31.05.2024 11713.7
30.04.2024 11660.8
29.03.2024 11654.4
29.02.2024 11650.3
31.01.2024 11637.0
30.12.2023 11613.0
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

"Prime Cotton" beynəlxalq uğurlarını artırır - İpliklərinin tam təhlükəsiz olduğu nüfuzlu sertifikat ilə təsdiqləndi
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 6 gün sonra
-
5 gün sonra
İnvestorlara illik 13% sabit gəlir təklifi - AFB Bank-da sərfəli fürsət
-
- 3 d. əvvəl
- 10 d. əvvəl
-
29 d. əvvəl
Vahid vergi bəyannaməsinin “SİMA İmza” ilə təqdim edilməsi mümkün oldu
- 54 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Naxçıvanda qarğıdalı yığımına başlanılıb- - Yığımın ilk günlərində 1000 tondan artıq məhsul götürülüb

Azərbaycan neftinin son qiyməti

Qızılın qiyməti ilk dəfə 4 000 dolları keçdi

BOKT-da növbədənkənar yığıncaq keçiriləcək

Azercell Amazon ilə tərəfdaşlıq qurur
Ən çox oxunanlar

AFB Bank 13% gəlirlilik təklif edən istiqrazlar təqdim edir

Milyonluq mənimsəmədə ittiham olunan şəxsə hökm oxunub: 10 İL - 299 şirkətin vasitəsilə dövlət vəsaitinin yeyintisi

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Maliyyə sabitliyinin sirləri: Niyə insanlar pula qənaət edə bilmir?

Bankalar Bitcoin üçün il sonu qiymət proqnozlarını artırıblar
