Kapital Bank pərakəndə bankçılıq sahəsində iki beynəlxalq mükafata layiq görüldü
(®) Ölkənin birinci bankı Kapital Bank pərakəndə bankçılıq bazarındakı liderliyini bir daha təsdiqləyərək beynəlxalq “World Economic Magazine 2024 Awards”-ın “Azərbaycanın ən yaxşı kredit kartı xidmətlərinin təminatçısı-2024” və “Azərbaycanın ən yaxşı pərakəndə bankı-2024” mükafatlarına layiq görülüb.
“Azərbaycanın ən yaxşı pərakəndə bankı-2024” adına layiq görülən bank ölkə üzrə geniş filial və partnyor şəbəkəsinə malik olmaqla yanaşı, bazarda lider mövqeyini bir sıra mühüm göstəricilərlə sərgiləyir. İnnovativ məhsullar və dayanıqlı maliyyə həlləri təqdim edən bankın hazırda nağd pul krediti üzrə portfeli 2.19 milyard manat, kredit kartları üzrə portfeli isə təxminən 688.03 milyon manat təşkil edir.
Bank “Azərbaycanın ən yaxşı kredit kartı xidmətlərinin təminatçısı 2024” mükafatını cari ilin oktyabr ayında müştərilərə təqdim etdiyi Birbank Star kartı ilə qazanıb. “Birbank Star ilə sənə olar” şüarı altında təqdim edilən kart, kredit kartlarının ənənəvi şərtlərindən tamamilə uzaq, sadə və rahat maliyyə məhsuludur. Qeyd edək ki, Birbank Star-ı minimum 500 manat, maksimum 30 000 manatadək məbləğlə əldə edə etmək mümkündür. Üstəlik digər bankların bankomatlarında nağdlaşdırma və digər bank kartlarına köçürmə əməliyyatlarında heç bir faiz və komissiya tətbiq edilmir. Ödəniş şərtləri isə olduqca sadədir. İstifadə edilən məbləğ ayın sonuncu gününədək karta qaytarılmalıdır. Vaxtında edilməyən ödənişlər üçün hər 500 manat məbləğə görə 10 manat xidmət haqqı ödənilir.
Kapital Bank 5 milyondan çox müştərisinin müxtəlif ehtiyaclarına uyğun fərqli həllər təklif edərək, hər kəsin güvənli maliyyə tərəfdaşı kimi çıxış edir. 2024-cü ili mükafatlarla dolu bir il olaraq davam etdirən bank bu nailiyyətləri ilə ölkənin maliyyə sektorundakı lider mövqeyini bir daha təsdiqləyir.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
4 d. əvvəl
Dubayda evləri tikən şirkətlər ilə üzbəüz görüş - BAKIDA TƏDBİR KEÇİRİLƏCƏK
-
-
15 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
























