"Azfen"in gəliri və xalis mənfəəti kəskin azalıb
"Azfen" MMC 2023-cü ili 11 milyon 466 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2022-ci ili 81 milyon 394 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, ötən ili "Azfen"in xalis mənfəəti 69 milyon 928 min manat və ya 86% (7,1 dəfə) azalıb. Xalis mənfəətin azalması gəlirlərinin düşməsilə əlaqədardır.
Marja.az xəbər verir ki, "Azfen"in müqavilələrdən gəlirləri 2022-ci ildə 569 milyon 758 min manat ikən, 2023-cü ildə 217 milyon 552 min manata düşüb (352 milyon 205 min manat və ya 62% (2,6 dəfə) azalıb).
ŞİRKƏT KİÇİLİB
Ötən il Şirkətin cəmi aktivləri 45 milyon manata yaxın və ya 14% azalaraq 276 milyon 572 min manata geriləyib. "Azfen"in cəmi aktivləri 2022-ci ilin sonunda "Azfen"in cəmi aktivləri 321milyon 503 min manata çatmışdı.
AZFEN 1996-cı ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və Türkiyənin "Tekfen İnşaat və Təsisat A.Ş." tərəfindən təsis edilmiş tikinti şirkətidir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 39 d. əvvəl
-
- 52 d. əvvəl
-
2 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 22 saat əvvəl
- 22 saat əvvəl
-
22 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz






















