Azərbaycanda yaş tütün istehsalında 34% artım qeydə alınıb
Respublikada tütün sahələrində məhsul yığımı davam edir. Bu il sahələrdən tütün yarpağı yığımında ciddi artım qeydə alınıb.
Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumatda bildirilir ki, 2024-cü ilin yanvar-oktyabr aylarında sahələrdən 5600 ton yaş tütün yığılaraq tədarük məntəqələrinə təhvil verilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 34% çoxdur.
Bu il Azərbaycanın 10 bölgəsində, o cümlədən Naxçıvan Muxtar Respublikasında tütün əkinləri həyata keçirilib.
Ən çox tütün əkini Şəki-Zaqatala iqtisadi rayonunda əkilib, ölkə üzrə tütün əkinlərinin təxminən 90 faizə yaxını bu iqtisadi zonanın payına düşür.
Hazırda bölgələrdə tütün yığımı davam edir, respublika üzrə orta məhsuldarlıq 22 sentnerə çatıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,6 sentner çoxdur.
Azərbaycanda tütün əkinləri dövlət tərəfindən subsidiyalaşdırılır.
Aqrar Subsidiya Şurasının qərarına görə, 2025-ci təsərrüfat ilində müasir suvarma sistemləri ilə təchiz olunmuş sahələrdə Virciniya sortu tütün yetişdirən fermerlər tədarük məntəqələrinə təhvil verdikləri yaş tütünün hər tonuna görə 36 manat məhsul subsidiyası alacaqlar. Müasir suvarma sistemləri quraşdırılmamış sahələrdə becərilən və təhvil verilən Virciniya sortu yaş tütünün hər tonuna görə isə 18 manat subsidiya ödənilməsi nəzərdə tutulur.
Digər sort tütün əkən fermerlər əkin sahələrinin müasir suvarma sistemləri ilə təmin edilib-edilməməsindən asılı olaraq təhvil verdikləri hər ton yaş məhsula görə 22 və 20 manat, quru tütünün tonuna görə isə 220 və 200 manat məhsul subsidiyası alacaqlar.
Qeyd edək ki, bu il ölkədən xarici bazarlara tütün ixracında da ciddi artım qeydə alınıb.
2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycandan xarici bazarlara 21,5 milyon dollar dəyərində 7 min ton qutu tütün xammalı ixrac olunub ki, bu da ötən ilin müvafiq dövrqü ilə müqayisədə dəyər ifadəsində 5,1 dəfə, həcm olaraq isə 3,5 dəfə çoxdur.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 7 saat əvvəl
-
- 8 saat əvvəl
-
9 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























