Sərinləşdirici içkilər zavodu tikilir - 150 iş yeri
Ağstafada daha bir istehsal sahəsinin, “ATİLO” MMC sərinləşdirici içkilər zavodunun inşasına başlanıb.
Bu layihə tamamilə müasir texnologiyalara əsaslanan istehsal sahəsidir. Bakı-Qazax avtomobil yolunun kənarında, Dağ Kəsəmən kənd ərazisində inşa olunan zavodda pivə istehsalı, sərin içkilər istehsalı, şüşə qablar istehsalı və sərin içki məhsullarının saxlanılması və qablaşdırılması kimi sahələr fəaliyyət göstərəcək.
İstehsal müəssisəsində xammal kimi regionda mövcud olan təbii resurslardan istifadə nəzərdə tutulur. İstehsal olunacaq məhsullar isə əsasən daxili bazara yönəldiləcək. İstehsalda istifadədən sonrakı qalan qalıqlar heyvandarlıqda yem kimi istifadə oluna biləcək.
Layihədə istifadə ediləcək avadanlıqlar və pivə istehsalı üçün “solot” və “xmel” Avropa ölkələrindən gətiriləcək. İstehsal müəssisəsin 2018-ci ilin may ayında istifadəyə verilməsi planlaşdırılır. Tam fəaliyyətə düşdükdən sonra isə burada 150 nəfər daimi işlə təmin olunacaq.

© Azərtac
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 11 saat sonra
-
-
5 saat əvvəl
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
-
5 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
-
6 saat əvvəl
Tramp: Bu gecə İranı çox sərt şəkildə vuracağıq, Xarq adasını ələ keçirəcəyik
-
6 saat əvvəl
"Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir"
- 6 saat əvvəl
-
6 saat əvvəl
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
-
7 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
“Yaban Group” Əhmədlidə restoran açıb
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
Ən çox oxunanlar
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edilib
“Le Beirut” tələbləri pozub, satışı dayandırılıb


























