Mərkəzi Bank qlobal liderləri COP29-da iqlim maliyyələşməsinin genişləndirilməsi mövzusu ətrafında toplayıb
Noyabr ayının 14-də Azərbaycan Respublikasının Mərkəzi Bankı COP29 çərçivəsində Maliyyə, İnvestisiya və Ticarət Günündə “Qlobal maliyyə sistemi: iqlim fəaliyyəti üçün maliyyələşmənin genişləndirilməsi” mövzusunda mühüm tədbir təşkil edib.
Mərkəzi Bankın yaydığı məlumatda bildirilir ki, tədbir Paris Sazişi məqsədləri ilə uyğunluq çərçivəsində yaşıl keçid üçün iqlim maliyyələşməsinin genişləndirilməsi və resursların səfərbər edilməsi məsələlərini müzakirə məqsədilə Çoxtərəfli İnkişaf Bankları (MDB-lər), investorlar da daxil olmaqla dövlət və özəl sektorların liderlərini bir araya gətirib.
Mərkəzi Bankın sədri Taleh Kazımov açılış nitqində iqlim maliyyələşməsindən danışarkən kollektiv fəaliyyətin zəruriliyini vurğulayıb:”Hamımız başa düşürük ki, iqlim dəyişikliyi təkcə ekoloji böhran deyil. Bu, bütün ölkələrdən dərhal və birgə fəaliyyət tələb edən mürəkkəb bir böhrandır”
Sədr çıxışı zamanı milli səviyyədə həyata keçirilən təşəbbüsləri və Mərkəzi Bankın dayanıqlı keçidin dəstəklənməsində rolunu qeyd edib.
Tədbir iki mühüm panel müzakirəsi ilə müşayiət olunub:
1. "İqlim maliyyəsi: iqlim ambisiyasının ölçüləbilən fəaliyyətə çevrilməsi” – Toronto Mərkəzinin prezidenti və baş icraçı direktoru Babək Abbaszadənin moderatorluğu ilə baş tutan müzakirə panelində Beynəlxalq Valyuta Fondunun icraçı direktor müavini Bo Li, Dünya Bankının Dayanıqlı İnkişaf üzrə vitse-prezidenti Yurgen Vogele, Asiya İnkişaf Bankının vitse-prezidenti (Cənubi, Mərkəzi və Qərbi Asiya) Yinqminq Yanq və Avropa Yenidənqurma və İnkişaf Bankının Siyasət və Tərəfdaşlıq üzrə vitse-prezidenti Mark Bouman MDB-lərin uyğunluğu, siyasət islahatları və innovasiyalara diqqət yetirməklə inkişaf etməkdə olan bazarlarda iqlim maliyyələşməsinin genişləndirilməsi strategiyaları ilə bağlı fikirlərini bölüşüb.
2. “Qlobal maliyyə qarşılıqlı fəaliyyət vasitəsilə iqlim maliyyəsinin genişləndirilməsi” – bu sessiyada “Euronews”un Yaxın Şərq üzrə Büro rəhbəri Ceyn Vizerspun, Avropa İnvestisiya Bankının vitse-prezidenti Ambroz Fayol, “J.P.Morgan” şirkətinin dayanıqlı investisiya üzrə baş strateqi Cenifer Vu, “Commerzbank AG”nin icraçı direktoru və ESİ üzrə rəhbəri Bülent Karakaya qlobal maliyyə sahəsində qarşılıqlı fəaliyyətinin gücləndirilməsi, eləcə də MDB-lər və daha geniş maliyyə sistemi arasında təkmilləşdirilmiş koordinasiyaya diqqət yetirməklə tənzimləyici çərçivələrin və təcrübələrin daha yaxşı uyğunlaşdırılmasının əhəmiyyətindən danışıb.
Azərbaycan bank sektorunun ölkədə yaşıl keçidinin və dayanıqlı maliyyə ekosisteminin dəstəklənməsinə 2 milyard manatlıq maliyyə öhdəliyinin ayrılması ilə bağlı bəyanatı tədbirin mühüm məqamlarından olub.
Azərbaycan Mərkəzi Bankı tərəfindən təşkil olunan bu tədbir iqlim fəaliyyətində ölkənin fəal rolunu nümayiş etdirməklə dayanıqlı maliyyə sahəsində regional və qlobal təşəbbüslər üçün istinad mənbəyinə çevriləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
- 34 d. əvvəl
-
- 51 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanda geyim brendlərini təmsil edən şirkətlər qrupunda yeni təyinat
-
1 saat əvvəl
Nazirlər Kabinetinin silah ixracına nəzarət sahəsində səlahiyyəti ləğv edilir
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyasının bitməsinə az qaldı!
-
2 saat əvvəl
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
-
2 saat əvvəl
Yanvarda 882 min nəfərdən çox aylıq sosial müavinət və təqaüd alıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 24-də gözlənilən hava şəraiti
Gbaru.com startapı artıq Avropada!
Prezident İranın yol və şəhərsalma nazirini qəbul edib
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
Dollar bazar ertəsi ucuzlaşıb
Bitcoin-in qiyməti 65 000 dollardan aşağı düşüb
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb
Rəsmi məzənnələr açıqlandı
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur






















