Qlobal bazarlar nəfəsini tutdu
Sorğular ABŞ prezidentliyinə namizədlərin 5 noyabr seçkiləri ərəfəsində baş-başa olduğunu göstərdiyinə görə, maliyyə dünyası seçki gecəsi dəyişkənliyinə hazırlaşır. Dollar bu səhər ABŞ-da prezident seçkiləri ilə bağlı qeyri-müəyyənlik səbəbindən dəyərini itirib.
Noyabrın 5-də ABŞ-da keçiriləcək prezident seçkiləri öncəsi keçirilmiş sorğularda namizədlərin (Donald Tramp və Kamala Harris) baş-başa qalması dolların yeni həftənin ilk ticarət günündə dəyər itirməsinə səbəb olub.
Marja xəbər verir ki, Dollar indeksi və ABŞ-ın 10 illik istiqrazlarının gəlirliliyi, son həftələrdə iyul ayından bəri ən yüksək səviyyəyə çatıb. Bu, Donald Trampın mümkün qələbəsinin qiymətlərdə əks olunması kimi şərh olunur. Dolların ucuzlaşmasına - yumşaq fiskal siyasət, yüksək gömrük tariflərinin fiskal kəsiri və inflyasiyanın artmasına səbəb olacağı gözləntisindən qaynaqlanır. Cümə günü 0,40% bahalaşan Bloomberg Dollar İndeksi bu səhər saat 08:54-ə qədər mənfi 0,63 faizlə əməliyyat olunub, çünki sorğular başa-baş nəticə göstərir. Dollar indeksi isə, 0,57% düşərək 103,7 səviyyəsinə geriləyib.
Seçki ilə bağlı proqnoz Meksika pesosunu dəstəkləsə də, avro və Avstraliya dolları dəyər qazanıb. ABŞ-da keçən həftə açıqlanan məlumatlar inflyasiyanın aşağı düşdüyü və məşğulluğun gözləniləndən daha yavaş olsa da artmağa davam etdiyi halda, iqtisadi artımın davam etdiyini göstərib. Wall Street indeksləri ötən həftənin son əməliyyat gününü artımla tamamlasa da, həftə ərzində dəyər itirib. Cümə günü müvafiq olaraq 0,41 faiz və 0,72 faiz bahalaşan S&P 500 və Nasdaq 100 həftə ərzində 1,37 faiz və 1,57 faiz ucuzlaşıb. Bu səhər fyuçers indekslərində yuxarıya doğru hərəkətlər müşahidə olunur.
Asiya fond bazarları Çin və Cənubi Koreyanın liderliyilə bahalaşıb. Cümə günü Wall Street indekslərinin artım tendensiyası da yüksəlişə təsir edib. Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin iclası həftə ərzində davam edəcək və mümkün təşviqedici addımlar izlənəcək. Yaponiyada maliyyə bazarları bu gün dövlət bayramı ilə əlaqədar bağlanıb.
OPEC+ dekabrda hasilatın artırılmasını bir ay təxirə salmağa razılaşsa da, İran İsrailə qarşı cavab hücumu ilə bağlı sərt açıqlamalar verib. WSJ-nin məlumatına görə, Tehran müttəfiqlərinə hücumun ABŞ-ın səsverməsindən sonra, lakin yanvarda inaqurasiyadan əvvəl baş verəcəyini və yalnız raket və pilotsuz təyyarələrlə məhdudlaşmayacağını bildirib. Bu hadisələrdən sonra Brent markalı neftin barel qiyməti 1,5 faiz bahalaşıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
2 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 2 saat əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 2 saat əvvəl
- 12 saat əvvəl
-
16 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
17 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
18 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
18 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- 18 saat əvvəl
-
18 saat əvvəl
Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək
- 18 saat əvvəl
Son Xəbərlər

Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Fitch İtaliyanın kredit reytinqini yüksəltdi

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq
Ən çox oxunanlar

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər
