Azercell "Ən Yaxşı Mükafatlandırma və Tanıma Strategiyası" mükafatına layiq görülüb
Mükafat Azərbaycanda ilk "Dayanıqlı gələcək üçün yaşıl insan resursları" şüarı ilə keçirilən "COP29 Human Capital Forum" tədbiri çərçivəsində təqdim olunub(®) Azərbaycan HR İnstitutunun təşkilatçılığı ilə "Dayanıqlı gələcək üçün yaşıl insan resursları" mövzusunda “COP29 Human Capital Forum”u baş tutub.
Bu tədbirdə “Azercell Telekom” MMC insan kapitalının qiymətləndirilməsi və əməkdaşlarının peşəkar inkişafına verdiyi dəstəyə görə "Ən Yaxşı Mükafatlandırma və Tanıma Strategiyası" ("Best Rewards and Recognition Strategy") mükafatı ilə təltif edilib.
Azercell-in insan kapitalinin idarə olunması sahəsində apardığı proseslər və tətbiq etdiyi sistemlər beynəlxalq təcrübəyə uyğun qurulub. Şirkət istedadlı gənclərin işə cəlb olunmasına, peşəkar kadrların yetişdirilməsinə, onların bilik və bacarıqlarının artırılmasına daima xüsusi diqqət göstərir. Azercell-in mükafatlandırma və tanıma strategiyası əməkdaşların iş məmnuniyyətini və bağlılığını artırmağa, onların fəaliyyətini dəyərləndirməklə daha yüksək nəticələr əldə etməyə yönəlib. Bu strateji yanaşma işçilərin peşəkar inkişafına dəstək olmaqla yanaşı şirkətin uğurlu gələcəyi üçün möhkəm zəmin yaradır.
Qeyd edək ki, “COP29 Human Capital Forum”u Azərbaycan Prezidenti İlham Əliyevin "Azərbaycan 2030: Sosial-iqtisadi inkişaf" proqramı çərçivəsində "Rəqabətli insan kapitalı və müasir innovasiyalar" prioritetinə əsaslanıb. Forumda yerli və beynəlxalq şirkətlərin insan resursları üzrə rəhbərləri, konsaltinq şirkətləri və dövlət qurumlarının nümayəndələri insan kapitalının davamlı inkişafı və iqlim dəyişikliyi ilə mübarizədə innovativ həllər mövzusunda fikir mübadiləsi aparıblar.
Forum dünyanın 160-dan çox ölkəsində 15000-dən çox şirkət və 5000-dən artıq üzvü olan BMT-nin Qlobal Sazişi ilə tərəfdaşlıq çərçivəsində keçirilib. Azercell də 2023-cü ildə Dayanıqlı İnkişaf Məqsədlərinə dəstək məqsədilə bu sazişə qoşulub və bu istiqamətdə fəaliyyətini davam etdirməkdədir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 6 saat əvvəl
-
- 6 saat əvvəl
-
8 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























