Velosiped və skuter ehtiyat hissələrinin sənaye yığımı məqsədilə idxalı gömrük rüsumundan azad edildi
Azərbaycana velosiped və skuter ehtiyat hissələrinin idxalı 2028-ci ilə qədər gömrük rüsumundan azad edilib. Qərar yerli istehsalçıdan daxil olan müraciətlər nəzərə alınmaqla, velosiped və skuterin ölkə ərazisində sənaye yığımının təşviq edilməsi və dəstəklənməsi üçün idxal olunan velosiped və skuter ehtiyat hissələrinin idxal gömrük rüsumlarının optimallaşdırılması məqsədilə hazırlanıb. Hazırda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarına uyğun olaraq velosiped və skuter ehtiyat hissələrinin idxalı üzrə əsasən 5 və 15 faiz rüsum dərəcəsində advalor gömrük rüsumu (bir ehtiyat hissəsi üzrə isə spesifik gömrük rüsumu) müəyyən olunub. Qərara əsasən 31.12.2028-ci il tarixinədək olmaqla həmin ehtiyat hissələrinin sənaye (yığım) müəssisəsində sənaye yığımı məqsədilə idxalı üzrə gömrük rüsumu “0” faiz dərəcəsində müəyyən edilib.
Nazirlər Kabineti 17 noyabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.
Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Nazirlər Kabinetinin yaydığı məlumata görə, bu qərar yerli istehsalçıdan daxil olan müraciətlər nəzərə alınmaqla, velosiped və skuterin ölkə ərazisində sənaye yığımının təşviq edilməsi və dəstəklənməsi üçün idxal olunan velosiped və skuter ehtiyat hissələrinin idxal gömrük rüsumlarının optimallaşdırılması məqsədilə hazırlanıb.
İndiyə qədər qüvvədə olan qaydaya görə, velosiped və skuter ehtiyat hissələrinin idxalı üzrə əsasən 5 % və 15 % rüsum dərəcəsində advalor gömrük rüsumu (bir ehtiyat hissəsi üzrə isə spesifik gömrük rüsumu) müəyyən olunub. Yeni qərara əsasən, 2028-ci ilin sonuna qədər həmin ehtiyat hissələrinin sənaye (yığım) müəssisəsində sənaye yığımı məqsədilə idxalı üzrə gömrük rüsumu ləğv edilib.
Müştərilərin xəbərləri

"Gələcəkdə daha geniş çeşiddə istiqraz emissiyaları və yeni investisiya məhsulları təqdim etməyi hədəfləyirik"
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
15 saat sonra
Yeni onlayn sığorta mağazası - Sığorta məhsullarını bir neçə dəqiqəyə əldə et
- 3 saat əvvəl
-
-
3 saat əvvəl
Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib
- 4 saat əvvəl
-
4 saat əvvəl
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
-
4 saat əvvəl
Yevlax Pilot Aqroparkın rezidenti Şahdağ Qusar Futbol Klubu ilə tərəfdaşlıq müqaviləsi imzalayıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
bp şirkətinin regional prezidenti “Şöhrət” ordeni ilə təltif edildi
-
5 saat əvvəl
“Delta Capital”, “Money Shop” və “Meta-Kapital” şirkətlərinə icrası məcburi göstəriş verilib
-
5 saat əvvəl
Nvidia və Intel arasında 5 milyard dollarlıq strateji investisiya anlaşması
Son Xəbərlər

Xankəndidə yaşayış və qeyri yaşayış sahələrində təmiri işləri aparacaq şirkətlər - MÜQAVİLƏ MƏBLƏĞLƏRİ

Hava şəraitilə əlaqədar - XƏBƏRDARLIQ

Yevlax Pilot Aqroparkın rezidenti Şahdağ Qusar Futbol Klubu ilə tərəfdaşlıq müqaviləsi imzalayıb

Bank 96 ədəd RAM alır

bp şirkətinin regional prezidenti “Şöhrət” ordeni ilə təltif edildi

“Delta Capital”, “Money Shop” və “Meta-Kapital” şirkətlərinə icrası məcburi göstəriş verilib

İngiltərə Mərkəzi Bankı faiz dərəcəsini sabit saxlayıb

Naxçıvanda 106 layihəyə 8,5 milyon manat məbləğində güzəştli maliyyə dəstəyi göstərilib

Sentyabrın 19-da gözlənilən hava şəraiti
