"Kapital bazarına 34 min nəfərə yaxın yeni iştirakçı qoşulub"
Azərbaycan kapital bazarlarında ilk dəfə İlkin Kütləvi Təklif (İKT) baş tutdu və ardınca mobil ticarətə start verildi. Bəs bunun bazara necə bir təsiri oldu?
Bakı Fond Birjasının (BFB) Əməliyyat və Ticarət üzrə rəhbəri Mətin Yolçiyev bildirib ki, BFB platformasında və ümumilikdə Azərbaycanda ilk dəfə İKT-nin baş tutması kapital bazarı iştirakçıları üçün tarixi bir hadisə oldub. İKT-nin keçirilməsindən sonra müştərilər birjanın texniki həllərindən faydalanaraq, investisiya şirkətlərinin tətbiqləri vasitəsilə bir toxunuşla qiymətli kağızlarını alıb-sata, bazar məlumatlarına çıxış əldə edə və ticarət əməliyyatlarını həyata keçirə bilərlər.
"ABB səhmləri ilə ilk 5 ticarət gününün statistikasına əsasən (16-22 oktyabr 2024) orta hesabla gündə 235 ticarət əməliyyatı baş tutmuşdur və ortalama 95 min manatlıq ticarət həcmi ilə 215 milyon manat civarında gündəlik alış-satış tələb-təklifi formalaşmaqdadır.
ABB səhmləri ilə yanaşı, BFB-də ticarətə çıxarılan digər səhmlər də birja üzvləri və onların müştəriləri üçün məsafədən tam açıq şəkildə təmin olunub. Son statistik məlumatlara görə, bazara 34 min nəfərə yaxın yeni iştirakçı qoşulub ki, bu da bazarın dərinliyinə və səhm üzrə likvidliyə müsbət təsir edir. Gündəlik sifariş və əqd həcmi də mütəmadi olaraq artmaqdadır. Bazarın inkişafını təmin etmək üçün birja üzvləri və infrastruktur iştirakçıları ilə davamlı iş aparılır",- Mətin Yolçiyev deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
12 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
















.jpg)



