Qısa müddətdə təhvilə hazır premium təmirli mənzillər! Nərimanovda “City Garden” layihəsini qaçırmayın!
Hazır və yaşayış olmamış mənzil axtaranlar üçün əsl fürsət! Qısa müddətdə sakinlərə təhvil veriləcək. Nərimanovda yerləşir!Mənzil sahibi olmaq istəyənlərə Kristal Abşerondan sevindirən xəbər var. Belə ki, “City Garden Narimanov” layihəsində premium mənzil satışları geniş seçim imkanları ilə davam edir.
Layihənin birinci mərhələsində satışları davam edən mənzillərdə artıq premium təmir işləri tamamlanmaq üzrədir və qısa müddətdə sakinlərə təhvil veriləcək. Bu hazır mənzil axtaranlar üçün əsl fürsətdir.
Müxtəlif sahələrdə mənzil seçimləri təklif edən bu layihədə 2, 3, 4 otaqlı və studiya mənzillər mövcuddur. Xüsusilə, sərfəli ilkin ödənişlə geniş mənzil axtaranlar üçün 127,42 kv.m-lik 4 otaqlı mənzil və əlverişli qiymətlə optimal planlanmış ev arzulayanlar üçün isə 68,41 kv.m sahəyə malik 3 otaq studiya mənzil xüsusi maraq doğurur. Hazırda müştərilər bu mənzilləri 20% ilkin ödənişlə əldə edə bilərlər ki, bu da mənzilləri daha əlçatan edir. Həmçinin qeyd olunan mənzilləri 50% ilkin ödəniş və 18 ayadək faizsiz daxili kredit ilə almaq mümkündür.
Mənzil sahiblərinə geniş sahəli və komfortlu yaşam tərzi vəd edən “City Garden Narimanov”da hər detala xüsusi diqqət yetirilmişdir. Bu premium layihə həm rahatlıq, həm də yüksək standartlara uyğun inşa edilmişdir və şəhərin mərkəzi hissəsində yerləşməyi ilə müştərilərə müxtəlif imkanlar təqdim edir. “City Garden Narimanov”da mənzillərin təmirində Almaniyanın "Grohe" və "Hansgrohe" hamam aksesuarları, Amerikanın "Guardian Glass" pəncərə şüşələri, İtaliyanın "Prysmian" yanmayan kabelləri və İtaliyanın "Gewiss" elektrik açarları və aksesuarları kimi keyfiyyətli Avropa brendlərindən istifadə olunur.
“City Garden Narimanov” layihəsi şəhərin əsas infrastrukturlarına yaxın yerləşməsi ilə də fərqlənir. Nəriman Nərimanov metro stansiyasına, böyük ticarət mərkəzlərinə və sosial obyektlərə olan yaxınlıq sakinlərin gündəlik həyatını daha rahat edir.
20 ilədək ipoteka krediti şərtləri ilə “City Garden Narimanov”dan siz də mənzil əldə edə bilərsiniz.
Ətraflı məlumat: *1544 və ya 050 293 10 10

Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
5 saat əvvəl
Bu bankın kart sahibləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
10 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 10 saat əvvəl
-
10 saat əvvəl
Holdinq 7 xidməti avtomobilin sığortalanması üçün açıq tender elan edib
-
10 saat əvvəl
Yeni nəsil nəzarət-kassa aparatları yanvarda 2,3 milyard manata yaxın dövriyyəni qeydə alıb
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
ABŞ-ın 31 şirkətinin 60 nəfər nümayəndəsi Azərbaycana gəlib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur
"Uber" "Getir"i satın alır - RAZILAŞMA
Qar yağacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ

















.webp)







