Azercell bu danışıq kartlarını yararsız hesab edəcək
"Azercell Telekom" MMC tərəfindən təqdim olunan xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi, müştərilərə təklif olunan xidmət və tariflərin optimallaşdırılması, abunəçilərə daha rahat istifadə imkanının təmin edilməsi məqsədilə 08 aprel 2025-ci il tarixindən etibarən, yalnız üzərində istifadə müddəti qeyd edilən və müvafiq istifadə müddəti keçməmiş, fakturalı və fakturasız (SimSim) xətt sisteminə aid nömrələr üçün nəzərdə tutulan ödəniş (danışıq) kartlarından yararlanmaq mümkün olacaq.
Marja xəbər verir ki, bu, Şirkətin elanında bildirilir.
Qeyd edilib ki, nominalından asılı olmayaraq, bütün digər ödəniş (danışıq) kartları isə yararsız hesab ediləcək, müvafiq olaraq üzərində istifadə müddəti qeyd edilməyən və ya üzərindəki istifadə müddəti keçmiş danışıq kartları ilə nömrələrin hesabına vəsait keçirilməsi mümkün olmayacaq.
"Azercell Telekom" MMC təqdim etdiyi telekommunikasiya xidmətləri çərçivəsində abunəçilərin rahatlığını təmin etmək məqsədilə onlara danışıq kartları vasitəsilə, eyni zamanda alternativ vasitələrlə də nömrələrinə ödənişlər həyata keçirmək, balanslarını artırmaq imkanı verilir. Belə ki, abunəçilər bütün bank və poçtlardan, nağd pul vasitəsilə ödəmə köşklərindən (paypoint-lər), o cümlədən kredit və ya debit kartı (VISA, VISA Electron, Cirrus/Maestro, MasterCard/Eurocard) vasitəsilə ATM üzərindən, həmçinin köçürmə yolu ilə, www.azercell.com rəsmi internet səhifəsindən onlayn ödəmə üsulu ilə, həmçinin "a-kart" xidməti vasitəsilə də ödəmələri həyata keçirə bilərlər. "Azercell Telekom" MMC tərəfindən abunəçilərə danışıq kartlarını üzərindəki nominala uyğun qiymətə rəsmi dilerlərdən əldə etmək və danışıq kartının istifadə müddətinin keçməməsi, seriya və s. göstəricilərinin tamlığına diqqət etmək, həmçinin danışıq kartları əldə edərkən şifrəni 3-cü şəxslərə bildirməmək, danışıq kartlarında boya örtüyünü pozarkən itiuclu alətlərdən istifadə etməmək tövsiyə edilir.
Abunəçilər göstərilən dəyişikliklər, tarif və internet paketlərinin şərtləri, sifarişi, başqası ilə əvəzetmə və imtina qaydası barədə, o cümlədən "Azercell Telekom" MMC tərəfindən təqdim edilən xidmətlər, tariflər və keçirilən kampaniyalar barədə ətraflı məlumatları şirkətin rəsmi internet səhifəsindən, həmçinin Müştəri Xidmətlərinə (MX ofisləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi) müraciət etməklə əldə etmək imkanına malikdirlər.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 9 saat əvvəl
-
- 9 saat əvvəl
-
10 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























