PMD Hospitality-dən TABIA Group-a: "Yenilənən Qonaqpərvərlik Təcrübələri" - FOTO
"PMD Hospitality" şirkəti rebrendinq edib. Artıq Şirkət "TABIA Group" adı ilə fəaliyyətini davam etdirir.
(®) 2024-cü il oktyabrın 18-də TABIA Group uzun müddətdir gözlənilən rəsmi açılışını qeyd edib və bununla da artıq PMD Hospitality-nin qonaqpərvərliyin gələcəyini yenidən müəyyənləşdirməyi hədəfləyən bir brendə çevrilməsini bəyan edib. Yeni brend, qonaqpərvərlik sahəsində gələcək təcrübələri yenidən formalaşdırmağı və yeni standartlar müəyyən etməyi hədəfləyir.
Tədbirdə sənaye liderləri, media nümayəndələri və hörmətli qonaqlar iştirak edərək, TABIA-nın yeni brend kimliyi, ilham verən missiyası, vizyonu və strateji hədəfləri ilə tanış oldular.
Bu rebrendinq TABIA Group-un yeni və həyəcanverici bir dövrünə başlanğıc kimi qiymətləndirilir. Brendin geniş portfeli sağlamlıq otelləri, rezortlar və şəhər otellərindən ibarətdir və bu məkanlarda qonaqlara müstəsna qonaqpərvərlik təcrübələri təqdim olunur.
TABIA Group-un baş direktoru Uygar Koçaş bu transformasiyanın əhəmiyyətini vurğulayıb və bildirib: "TABIA Group-un rebrendinqi şirkətin tarixində mühüm bir dönüş nöqtəsidir. Bu yenilik bizim qonaqpərvərliyə olan həvəsimizi və qonaqlarla olan hər təcrübədə sağlamlığı əsas tutaraq yaratdığımız mühitə olan davamlı diqqətimizi əks etdirir. Missiyamız fərdə yönəlik sağlamlıq və istirahət təcrübələri ilə gözləntiləri aşmaqdır, vizyonumuz isə TABIA-nı həm yerli, həm də beynəlxalq səviyyədə lider etməkdir."
TABIA Group-un vizyonunun əsasında özünəxas mədəni təcrübələri müasir rahatlıq və sağlamlıq anlayışları ilə birləşdirərək, qonaqpərvərlik sənayesində yeni standartlar yaratmaq məqsədini daşıyır. Brendin əsas hədəfi isə Azərbaycanın qonaqpərvərlik ənənələrini qlobal səviyyədə tanıtmaq və turizm sahəsində mükəmməllik nümunəsi kimi tanınmaqdır.
Tədbirdə iştirak edən qonaqlar TABIA Group-un yaxın zamanda istifadəyə veriləcəkyeni layihələri Hilton Garden Inn Baku, Ağdam City Hotel və The Central Point Hotel Baku hotelləri, həmçinin sağlamlıq sahəsində transformativ bir təcrübə təqdim edən YENEE ilə tanış oldu. Bu yeni məhsul, müasir tibbi metodologiyalarla birlikdə fərdiləşdirilmiş qidalanma proqramlarını və ixtisaslaşmış müalicələri bir araya gətirərək, müştərilərinin fiziki, psixoloji və emosional sağlamlığını ön plana çıxarır.
Bundan əlavə, TABIA Group qonaqlarına yenilənmiş, istifadəsi asan və müasir dizaynlı veb-saytını təqdim edib. Bu veb-sayt qonaqlara sağlamlıq, şəhər otelləri və kurort təcrübələri haqqında rahat məlumat əldə etmək və asan rezervasiya imkanı yaradır. Tədbirdə həmçinin TABIA-nın qonaqpərvərlik vizyonunu və onun unikal təkliflərini vizual olaraq təqdim edən təsirli reklam çarxının təqdimatı keçirilib.
TABIA Group və onun gələcək layihələri haqqında daha ətraflı məlumat üçün https://tabia.az/ saytını ziyarət edə bilərsiniz.
Müştərilərin xəbərləri

ABB-İnvest və Bank of Baku-dan yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
- 5 gün sonra
-
9 saat əvvəl
İtaliya ilə iqtisadi əməkdaşlığn genişləndirilməsi müzakirə olunub
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az -
9 saat əvvəl
“Coca-Cola” Fondunun dəstəyi ilə Mərzəndiyə kəndinə su çəkilib
-
11 saat əvvəl
İclas keçiriləcək, "NORM" şirkətinin strateji layihələrinə dair müzakirələr aparılacaq
- 12 saat əvvəl
-
12 saat əvvəl
İri bankdan 40 milyon manatlıq istiqraz - ZƏNG ÇALINDI, ABUNƏ YAZILIŞI BAŞLADI
- 13 saat əvvəl
-
13 saat əvvəl
Nepalda sosial media qadağası ilə bağlı etirazlarda azı 14 nəfər ölüb
- 13 saat əvvəl
-
13 saat əvvəl
Bakı Fond Birjasında "Bank of Baku"nun istiqrazlarının “Açılış Zəngi” keçirilib
- 13 saat əvvəl
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

İtaliya ilə iqtisadi əməkdaşlığn genişləndirilməsi müzakirə olunub

“Coca-Cola” Fondunun dəstəyi ilə Mərzəndiyə kəndinə su çəkilib


ABB-İnvest və Bank of Baku-dan yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
Ən çox oxunanlar

Başlamasına artıq sayılı günlər qaldı

İllik gəlirliliyi 11,5% olan istiqrazlara abunə yazılıı başlayır

Sumqayıt Kimya Sənaye Parkının adı dəyişdirildi

ADY-də ABŞ-nin biznes nümayəndə heyəti ilə görüş keçirilib

Azərbaycanda Süni İntellekt Akademiyası fəaliyyətə başlayıb

AZAL Maldiv adalarına uçuşları bərpa edir

Birjalarda son vəziyyət
