Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Dollar major valyutalar qarşısında bahalaşmağa davam edir, bazar iştirakçıları isə bugün Avropa Mərkəzi Bankının faiz qərarını böyük maraqla gözləyirlər. EUR/USD cütlüyü 1.0853 səviyyəsinə qədər ucuzlaşıb və avqustun əvvəlindən bugünə minimal həddini yeniləyib.
GBP/USD cütlüyü də son iki ayın minimum səviyyəsini yenilədi. Hal-hazırda məzənnə 1.2985 həddinəd ticarət olunur. Dolların bahalaşması fonunda qızıl da bahalaşmağa davam edir. Belə ki, dəyərli metal 2680$ səsviyyəsinin üzərində möhkəmlənməyə çalışır.
Dünən Böyük Britaniyanın Milli Statistika İdarəsi (ONS) sentyabr ayında ölkədə istehlak qiymətlərinin illik müqayisədə 1.7% artdığını bildirdi. Analitiklərin proqnozu isə istehlak qiymətlərinin 1.9% artacağını nəzərdə tuturdu. Qeyd etmək lazımdır ki, Britaniyada inflyasiya 2021-ci ilin aprel ayından bəri ən aşağı səviyyəyə endi. Aylıq ifadədə istehlak qiymətləri avqust ayında 0.3% artdıqdan sonra, sentyabr ayında dəyişməyiblər.
“Bitcoin”-ın (BTC) qiyməti 68000$ həddini keçdi. 16 oktyabr tarixində token hətta 68200 dollara qədər yüksəldi, lakin, bir qədər ucuzlaşdı və hal-hazırda 67450$ civarında ticarət olunur. Analitiklərin fikrincə, “Bitcoin”-ın bahalaşmasının əsas amillərindən biri Amerika prezidentliyinə namizədlərin kriptovalyuta sektoruna dəstək olunması ilə bağlı seçki vədləridir.
Cümə axşamı günü Yaponiyanın Maliyyə Nazirliyi sentyabr ayında ölkədə Ticarət Saldosunun kəsirinin 703.2 milyard yendən 294 milyard yenə qədər azaldığını açıqladı. Eləcə də, Yaponiyanın İxrac Həcmi illik ifadədə 1.7% azalıb. Avstralıyada isə işsizlik səviyyəsi avqust ayında olduğu kimi, sentyabr ayında da 4.1% təşkil edib.
Bugün Avrozonada İstehlak Qiymətləri İndeksi göstəriciləri dərc olunacaq. Analitiklərin fikrincə, sentyabr ayında Avrozonada inflyasiya illik ifadədə 1.8% olub, aylıq ifadədə isə, əksinə, qiymətlər 0.1% ucuzlaşıblar. Həmçinin, təşkilatın Tİcarət Saldosu açıqlanacaq. ABŞ-da isə Pərakəndə Satış Dövriyyəsinin Həcmi və İşsizlik Müavinəti üçün Müraciətlərin Sayı göstəriciləri dərc olunacaq.
İnvestorların diqqət mərkəzində olacaq əsas xəbər isə Avropa Mərkəzi Bankının (AMB) faiz qərarıdır. Bakı vaxtı ilə saat 16:15 tənzimləyici qurum toplantı protokollarını dərc edəcək. Ekspertlərin proqnozlarına əsasən, uçot dərəcəsi 3.65% səviyyəsindən 3.40% səviyyəsinə qədər endiriləcək.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
5 d. əvvəl
Azərbaycana minik avtomobillərinin idxalı 40 %-dən çox azalıb
-
-
18 d. əvvəl
Azərbaycanın ixracı qızıl ehtiyatının satışı ilə kəskin artıb - müsbət saldoda 10 qat artım
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Rabitəbank” beynəlxalq ödəniş sisteminin “Principal member” statusunu əldə edib
-
1 saat əvvəl
“Rabitəbank”dan daha bir yenilik - elektrikli avtomobillərin şarj ödənişlərinə 10% keşbek
-
1 saat əvvəl
“Azeronline” “mygov ID” platformasına inteqrasiya olunan ilk provayder oldu
-
1 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
- 2 saat əvvəl
-
2 saat əvvəl
Türkmənistan Xəzərin dibi ilə enerji kabeli layihəsində iştirak imkanını araşdırır
-
2 saat əvvəl
Azərbaycan üzrə şirkətlərin sayı 7%-ə yaxın, Naxçıvan üzrə isə 15%-ə yaxın artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Azərbaycana minik avtomobillərinin idxalı 40 %-dən çox azalıb
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
Ən çox oxunanlar
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Mingəçevir Sənaye Parkında istehsal və ixracın həcmi artıb
“İrşad BOKT”ın kredit portfeli 22 dəfəyə yaxın artıb















.jpg)











