Ölkənin lider mobil operatoru iki qızıl mükafata layiq görüldü!
Azercell Stevie Beynəlxalq Biznes Mükafatları tərəfindən “İlin Texnoloji Yeniliyi” və “İlin Korporativ Sosial Məsuliyyət Proqramı” nominasıyaları üzrə qalib seçilib
(®) “Azercell Telekom” MMC-nin nailiyyətləri Stevie Beynəlxalq Biznes Mükafatlarının (IBAs) münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib. Lider mobil operator ölkədə süni intellekt əsasında çalışan ilk Azərbaycan dilli Virtual Assistent xidməti - “Aicell”in tətbiqinə görə “İlin texnoloji yeniliyi” nominasiyası üzrə Qızıl mükafata layiq görülüb.
Bundan əlavə, Azercell-in Azərbaycan Cüdo Federasiyası ilə əməkdaşlıqda həyata keçirdiyi “Qızlara ağ yaraşır” sosial kampaniyası “İlin korporativ sosial məsuliyyət proqramı” seçilməklə Qızıl mükafatçılar sırasında yer alıb.
Xatırladaq ki, Azərbaycan dilində tam spektr xidmət göstərən “Aicell” abunəçiləri operatorlara yönləndirmədən bir çox sorğuları dərhal yerinə yetirir, bununla da qısa müddət ərzində daha çox müraciətin cavablandırılmasına, həmçinin müştərilərin vaxtına qənaət edilməsinə dəstək olur.
“Qızlara ağ yaraşır” sosial layihəsinin əsas məqsədi qızları sağlam və fəal həyat tərzi sürməyə təşviq etməklə yanaşı, erkən nikahlara qarşı mübarizə aparmaq olub. Kampaniya çərçivəsində Azərbaycan Cüdo Federasiyasının məktəbləri və bölmələri olan bölgələrdə qeydiyyatdan keçən yeniyetmə qızlara cüdoqi və 1 ay ödənişsiz məşq hədiyyə olunub. Layihə minlərlə gənci idmanla məşğul olmağa sövq etməklə bərabər, cüdo ilə məşğul olan qızların sayında 100% artımla nəticələnib. Kampaniya dəfələrlə beynəlxalq və yerli mükafatlara layiq görülüb.
Qeyd edək ki, dünya işgüzar aləmində ən mötəbər mükafatlardan biri olan Stevie innovasiya, liderlik, müştəri xidməti, marketinq və insan qaynaqları kimi sahələrdə fərqlənən qurumları təltif edir və dünya üzrə 200-dən çox peşəkarın iştirak etdiyi ciddi qiymətləndirmə prosesi ilə tanınır.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
1 həftə sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
- 3 gün sonra
-
- 3 gün sonra
-
5 saat əvvəl
Nazir Rəşad Nəbiyev “Xsolla” şirkətinin prezidenti ilə görüşüb
-
6 saat əvvəl
Azər Türk Bank beynəlxalq maliyyə institutu ilə mühüm saziş imzaladı
- 6 saat əvvəl
-
6 saat əvvəl
“SOCAR Trading” vasitəsilə ABŞ-yə LNG ticarəti nəzərdən keçirilib
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Beynəlxalq logistika şirkətinin nümayəndələri Bakı Limanının imkanları ilə tanış olublar
- 6 saat əvvəl
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

İri şəbəkəyə satıcı - kassirlər tələb olunur

Azər Türk Bank beynəlxalq maliyyə institutu ilə mühüm saziş imzaladı

“Azərsun Holdinq” “YAŞAT” Fondunun layihəsinə dəstək verib

Azərbaycanda daha çox ət, süd, yumurta və yağlar bahalaşıb

Beynəlxalq logistika şirkətinin nümayəndələri Bakı Limanının imkanları ilə tanış olublar

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

Qara Dəniz Ticarət və İnkişaf Bankı ilə əməkdaşlığın genişləndirilməsi müzakirə olundu

Tramp Avropa İttifaqını Hindistan və Çinə qarşı 100%-lik rüsumlar tətbiq etməyə çağırıb

Maliyyə savadlılığı hər yaşda önəmlidir – Bank of Baku-dan təlim

"Muzdlu işçilərin sayı az olduqca, vergilərin, sosial sığortanın yığılmasında problemlərimiz olacaq"
