Azərbaycanda Belarus ilə baytarlıq preparatlarının birgə istehsalının yaradılması imkanları araşdırılır
Son 5 ildə Azərbaycan və Belarus arasında ərzaq məhsullarının və kənd təsərrüfatı xammalının qarşılıqlı ticarəti 70 %-dən çox artıb.
Bu barədə BELTA-ya Belarusun Kənd Təsərrüfatı və Ərzaq Nazirliyindən məlumat verilib.
“Azərbaycan Belarus üçün mühüm və etibarlı tərəfdaşdır. Ölkələrimizin iqtisadiyyatları ərzaq təminatı baxımından rəqabət aparmır, əksinə, bir-birini tamamlayır. Belarus istehsalı olan süd, ət və balıq məhsullarının ixracında artım müşahidə olunur. Öz növbəsində, Azərbaycandan Belarusa pomidor, yemiş və qarpız, meyvə və qoz, təzə kartof tədarükü artıb”, - nazirlikdən bildirilib.
Qeyd edilib ki, Azərbaycana yüksək səviyyəli səfər zamanı əldə olunmuş razılaşmalara uyğun olaraq, Azərbaycanda baytarlıq preparatlarının birgə istehsalının yaradılması imkanları araşdırılır.
Xatırladaq ki, oktyabrın 3-də Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Belarusun Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi arasında kənd təsərrüfatı məhsullarının istehsalının inkişafına dair birgə tədbirlər üzrə Yol Xəritəsi imzalanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 3 gün sonra
-
-
5 saat əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
23 saat əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Cahan Şirkətlər Qrupuna daxil olan "Enna" şirkəti "Dayaq" mükafatına layiq görülüb
-
1 gün əvvəl
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
-
1 gün əvvəl
“Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası uğurla tamamlanıb
-
1 gün əvvəl
Şikayətlərin yarıya yaxını internet və telefon rabitəsi xidmətlərilə bağlı olub
- 1 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
"Balıq ehtiyatlarının bərpası üçün Xəzərə və daxili su hövzələrinə 17-35 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var"
10 illik proqramı 3 ilə mənimsəmək imkanı - VİDEO+FOTO
Ucuz təbii qaz Avropanın sənaye böhranını həll etmədi













.jpg)





