Sumqayıtda İtaliya şirkəti ilə “yaşıl” layihə həyata keçiriləcək - 97 MİLYON AVROLUQ LAYİHƏ
İtaliyanın “Technip Energies S.p.A.” şirkəti ilə “Piroliz yağı istehsalı” layihəsinin həyata keçirilməsinə dair müqavilə imzalanıb.İqtisadiyyat naziri Mikayıl Cabbarov və SOCAR prezidenti Rövşən Nəcəf İtaliyanın "Technip Energies" şirkətinin İdarə Heyətinin üzvü və biznes üzrə baş direktoru Marko Villa ilə görüşüblər.
Görüşdə bərpa olunan enerji ehtiyatlarına malik olan ölkəmizin “yaşıl artım” və davamlı inkişaf məkanına çevrilməsi məqsədilə xarici şirkətlərlə fəal əməkdaşlıq edildiyi, mövcud potensialın reallaşdırılmasında beynəlxalq təcrübənin və müasir texnologiyaların tətbiqinin önəmi qeyd olunub. Azərbaycanda beynəlxalq tərəfdaşlarla "yaşıl” enerjinin istehsalı istiqamətində həyata keçirilən layihələr barədə məlumat verilib.
Tərəflər aşağı karbonlu biznes həllərinə keçid və yeni əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıblar.
Görüş çərçivəsində “SOCAR Downstream Management” MMC, "Azərbaycan İnvestisiya Şirkəti” ASC və İtaliyanın “Technip Energies S.p.A.” şirkəti arasında “Plastik tullantılardan piroliz yağının istehsalı” layihəsi (“yaşıl”layihə) üzrə Birgə Müəssisənin təsis edilməsi və İştirakçılar haqqında Müqavilə müqavilə imzalanıb.
Ümumi dəyəri 97 milyon avro olan layihənin reallaşdırılması tullantıların səmərəli emalına, sənaye istehsalının təkmilləşdirilməsinə və karbon emissiyasının azaldılmasına stimul verəcək. Eyni zamanda, sənaye məhsullarının müxtəlifliyini və dayanıqlığını artıraraq, ölkənin təbii ehtiyatlarından daha səmərəli istifadəni təmin edəcək. Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa ediləcək zavodda ildə 36 000 ton plastikdən 23 000 ton piroliz yağı istehsal ediləcək. Layihədə “AİŞ” 30%, “Technip Energies S.p.A.” 35%, “SOCAR” 35% iştirak paylarına sahibdir.
Tədbirdə “Plastik tullantılardan piroliz yağının istehsalı” layihəsibarədə təqdimat nümayiş olunub. Layihə üzrə tətbiq ediləcək piroliz yağı texnologiyası plastik tullantıların yüksək temperaturda parçalanması yolu ilə təkrar emal edilməsini təmin edir. Bu, tullantıların azaldılması və yanacaqlara alternativ yanacaq istehsalı ilə karbon izini azaldır.
Qeyd: 60 illik təcrübəyə malik və 15 mindən çox işçi heyəti olan “Technip Energies” şirkəti 34 ölkədə dayanıqlı yanacaq, kimya, tullantıların emalı, qaz və aşağı karbon enerjisi, innovativ texnologiyalar, karbonsuz həllər sahələrində fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 3 saat əvvəl
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
6 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Ən çox oxunanlar
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi
























