“Aqrar Tədarük və Təchizat” şirkətinə yeni sədr təyin olunub
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin Sədri vəzifəsinə təyinat olub.
Marja.az-ın əldə etdiyi məlumata görə, Elgün Məhəmmədəlizadə İdarə Heyətinin Sədri vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Elgün Məhəmmədəlizadə Bakalavr və Magistr təhsilini Bakı Dövlət Universiteti Tətbiqi riyaziyyat və kibernetika fakültəsində “İqtisadi kibernetika” ixtisası üzrə almış, Almaniyanın Hamburg şəhərində Menecerlərin təkmilləşdirilməsi proqramını bitirmişdir. Böyük Britaniyanın Satınalma və Təchizat Zənciri sahəsində beynəlxalq sertifikatı olan CIPS sertifikatina sahibdir.
Elgün Məhəmmədəlizadə "PMD Group" MMC-də təchizat üzrə qrup rəhbəri, "Agro Food İnvestments" MMC-də Qrup Satınalma Meneceri, "Agrotrade Supply" MMC şirkətlər qrupunda Qrup Satınalma rəhbəri vəzifələrində çalışmışdır. "ATS Food" MMC-də Satınalma və Logistika üzrə Direktor müavini vəzifəsini icra edən Elgün Məhəmmədəlizadə təchizat zənciri, tədarük sahəsində 15 ildən yuxarı iş təcrübəsinə malikdir.
Elgün Məhəmmədəlizadə təyinatdan əvvəl "Aqrar Tədarük və Təchizat" ASC-də İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışırdı.
İngilis dilini bilir. Ailəlidir, 2 övladı var.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 4 saat əvvəl
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
7 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Ən çox oxunanlar
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi






















