“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Dolların ucuzlaşması ilə yadda qalan sentyabr ayında ötən həftə ABŞ Federal Ehtiyyatlar Sisteminin, Avropa, İngiltərə, Yaponiya və Türkiyə Cümhuriyyəti Mərkəzi Banklarının faiz qərarları investorların diqqət mərkəzində yer alan əsas xəbərlər idi.
Ötən həftənin ərşənbə günü Federal Ehtiyyatlar Sistemi uçot dərəcəsini proqnozlaşdırılandan daha çox - 0.50% endirdi ki, bu, 2020-ci ildən bəri reallaşan ilk faiz endirimidir.
Nəticədə, dolların valyuta birjalarında ucuzlaşması daha kəskin xarakter aldı.
Sentyabrın 19-unda baş tutmuş toplantısında İngiltərə Mərkəzi Bankı faiz dərəcələrini növbəti dəfə sabit saxladı. Bu isə, funt-sterlinqin valyuta birjalarındakı qiymətlərinə bir qədər də dəstək oldu. Nəticədə, GBP/USD məzənnəsi 1.33$ həddinə qədər bahalaşdı.
Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının 19 sentyabr tarixli bəyanatına əsasən, tənzimləyici qurum ardıcıl altıncı dəfə uçot faiz dərəcəsini dəyişməyib və onu 50% səviyyəsində saxlayıb.
20 sentyabr tarixində isə Yaponiya Mərkəzi Bankı faiz qərarını açıqladı. BoJ yayımladığı bəyanatda faiz dərəcələrini dəyişməyərək 0.25% səviyyəsində saxladığını qeyd etdi.
Zəngin iqtisadi təqvim ilə xarakterizə edilə biləcək bu həftə ərzində, Avrozonada, Almaniyada, İngiltərədə və Amerikada sənaye və xidmət sektorlarında Biznes Aktivliyi İndeksi göstəriciləri, xüsusə də Amerikada ÜDM-in həcmi, “Conference Board” İstehlakçıların İnam İndeksi, İşsizlik Müavinəti üçün Müraciətlərin Sayı, Şəxsi Xərclər İndeksi kimi inflyasiya rəqəmləri, Avstraliya və İsveçrə Mərkəzi Banklarının faiz qərarları, həmçinin, FED sədri Cerom Pavelin, Avropa Mərkəzi Bankının sədri K.Laqardın və ABŞ maliyyə naziri Cennet Yellenin çıxışları investorların diqqət mərkəzində olacaq.
EUR
Cari həftə ərzində Avrozonada və Almaniyada sənaye və xidmət sektorlarında Biznes Aktivliyi İndeksi göstəriciləri, Avropanın ən böyük iqtisadiyyatına sahib olan Almaniyada “İFO” Biznes Mühiti İndeksi, eləcə də “İFO” Cari Vəziyyət və İqtisadi Həssaslıq İndeksləri, həmçinin AMB sədri K.Laqardın çıxışı avronun dünya birjalarındakı qiymətlərinə yön verə bilər.
Ötən həftəyə 1.1080 səviyyəsində start verən EUR/USD məzənnəsi bahalaşaraq 1.1180 həddini test etdi və həftəlik şamını 1.1160 həddində bağladı.
“Buğalar” qiyməti 1.12$ həddinin üzərinə yüksəldə və bu həddin üzərində saxlaya bilsələr, artım tendensiyası daha kəskin xarakter ala bilər.
GBP
Ötən həftənin cümə axşamı günü İngitərə Mərkəzi Bankının (BoE) faiz qərarı və bank sədri Endryu Beylinin çıxışı GBP/USD məzənnəsində artım tendensiyanın sürətlənməsinə təsir etdi.
Ötən həftəyə 1.3120 səviyyəsində başlayan GBPUSD məzənnəsi 1.3340 həddinə kimi bahalaşdı və həftəlik şamını 1.3320 səviyyəsində tamamladı.
OİLUK
Ötən həftəyə 72.20$ səviyyəsində başlayan “Brent” nefti (OİLUK) həftə ərzində artım tendensiyasını davam etdirdi və 75.40$ həddini test etdi və həftəni 75.00$-da başa vurdu.
OİLUK-də “buğalar” qiyməti 75$-ın üzərində qoruyub saxlaya bilsələr, artım tendensiyası davam edə bilər.
XAU/USD
ABŞ-ın faiz dərəcələrini kəskin azaltması fonunda dollar üzərində təzyiqlər daha da artdı. Nəticədə, ABŞ dolları ilə mənfi korellasiyaya malik olan qızıl tarixi maksimumlarını növbəti dəfə yenilədi.
Ötən həftəyə 2580$ həddində start verən qızıl ay ərzində FED-in faiz endirimi fonunda 3 gün artdıcıl öz rekordlarını yenilədi. Ən son 2625.80$ həddini test etdikdən sonra 3 dollar geriləyən “sarı metal” həftəlik şamını 2622$ həddində tamamladı. “Buğalar” qiyməti 2600$ həddinin üzərində qoruyub saxlaya bilsələr, artım tendensiyası daha kəskin xarakter ala bilər.
İnvestisiya ilə bağlı suallarınızı: *1234 telefon nömrəsi və ya www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
“İNVEST-AZ İnvestisiya Şirkəti” QSC-nin Tədris və Analiz Departamenti
“İNVEST-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İNVEST-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 13 saat əvvəl
-
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 16 saat əvvəl
-
16 saat əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
16 saat əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
16 saat əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
- 16 saat əvvəl
-
16 saat əvvəl
Sabah külək güclənəcək, yağıntı intensivləşəcək - Temperatur 5-8 dərəcə enəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Coca-Cola” qadın jurnalistləri təbrik edir
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB
ABB Dövlət Vergi Xidmətinin 2 mükafatını qazandı
Qlobal ərzaq qiymətləri 5 aydan sonra yenidən artıb



















