Ət niyə bahalaşır?
İstehsal azalır, yoxsa istehlak artır
Artıq neçə vaxtdır dünyada kənd təsərrüfatı məhsullarının qiymətləri sürətlə bahalaşır. Bunun obyektiv və subyektiv reallıqlardan qaynaqlanan səbəbləri var. Obyektiv səbəbi dünyada əhalinin sayının artmaqda davam etməsi və o üzdən ərzağa olan tələbatın çoxalmasıdır ki, bu da təbii olaraq qiymətlərə təsir edir.
Subyektiv səbəbə gəldikdə, bu, hazırda məlum səbəblərdən neft-qaz və digər strateji məhsullarla yanaşı, ərzaq məhsullarına da sanksiyaların tətbiq olunmasıdır. Elə Rusiya-Ukrayna müharibəsi başlayanda dünyanın taxıl bazarında yaranan qıtlığı xatırlamaq kifayətdir. Dünyanı "taxıl böhranı" deyilən bu bəladan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT-nin Baş katibi Antonio Quterreşin böyük səyləri xilas etdi, o da qismən. Amma həmin hadisə hamıya dərs oldu və bütün ölkələr ərzaq təhlükəsizliyinə daha çox diqqət verməyə, maliyyə ayırmağa başladılar.
Mübaliğəsiz demək olar ki, o zaman ölkəmizdə taxıl sarıdan problem yaşanmadı, baxmayaraq ki, hələlik onun idxalından xilas ola bilməmişik. Əvəzində digər məhsullar üzrə nəinki idxaldan azad olmuşuq, hətta ixracı artırmışıq. Əvvəllər bazarlarımızda olan kənd təsərrüfatı məhsullarının 80 faizinə qədəri idxal məhsulları idisə, indi bu səviyyə çox aşağı düşüb. Lakin bu o demək deyil ki, əsas ərzaq məhsulları istehsalında heç bir problemimiz yoxdur. Təəssüf ki, hələ də buğdadan savayı, düyü, ət və ət məhsulları, həmçinin süd və süd məhsulları sarıdan da müəyyən dərəcədə idxaldan asılıyıq.
Dünyada hər xalqın ən çox istifadə etdiyi müəyyən ərzaq məhsulları olur. Məsələn, Şərq xalqlarının süfrəsini düyüsüz, avropalıların mətbəxini pendirsiz təsəvvür etmək çətindir. Bizim isə qazanımız ətsiz qaynamır. Bunun tarixi səbəbləri var - türk xalqları qədimdən heyvandarlıqla məşğuldurlar və bu üzdən əllərinin altında həmişə ət olmuşdur. Bu gün də belədir, lakin çox vacib bir fərqlə. O fərq də bundan ibarətdir ki, ölkəmizdə istehsal olunan ət daxili tələbatı ödəmir. Bu isə həm idxala və həm də qiymət artımına yol açır.
Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan Respublikası Hesablama Palatası ölkədə heyvandarlıq üzrə apardığı auditin nəticələrini açıqlayıb. Bildirilir ki, dünyada kənd təsərrüfatında məhsuldarlığı artırmaq üçün aqrar elmin nailiyyətlərindən və müasir texnologiyalardan istifadəyə üstünlük verilir. Təəssüf ki, ölkəmizdə heyvandarlıq üzrə bu yöndə müəyyən işlər görülsə də, vəziyyət istənilən səviyyədə deyil. Məsələn, dünyada geniş istifadə olunan süni mayalanmanın səviyyəsi bizdə qaramal üzrə cəmi 14,6-15,8 faiz civarındadır. Süni mayalanmadan doğulan buzovların təxminən 50 faizinin erkək olması isə bir ayrı problemdir. Bu o deməkdir ki, həmin buzovlar yalnız iki ildən sonra ətliyə yarayır. Növbəti doğulan buzovların ətlik səviyyəsinə çatması üçün isə əlavə iki il vaxt lazım olur. Bir sözlə, belə hal damazlığı artırmağa imkan vermir. Auditin nəticələrindən o da məlum olur ki, ölkədə bu sahədə mükəmməl damazlıq bazasının yaradılması üçün 20 ildən çox bir zamana ehtiyac var. Az vaxt deyil.
Məlumdur ki, heyvandarlığın inkişafında yem bazası, o cümlədən təbii örüş yerləri lazımdır. Amma yonca əkini sahələrinin becərilməsi üçün verilən subsidiyanın ildən-ilə azaldılması fermerlərin ot istehsalına olan marağını azaldıb. Bu azalmanın səbəbi bilinməsə də, nəticəsi məlumdur - ölkədə ət istehsalı aşağı düşür. O ki qaldı təbii örüş yerlərinə, burada da vəziyyəti, yumşaq desək, yaxşı hesab etmək olmaz. Mövcud örüş yerlərinin çox hissəsi qanuni və ya qanunsuz uzunmüddətli icarəyə verilib. Belə olan halda kəndlinin yeganə çarəsi bıçağa əl atıb heyvanını kəsmək və ya bazara aparıb dəyər-dəyməzinə satmaq qalır. Əvəzində isə yaranan boşluğu idxalla doldururuq. Təkcə 2019-2023-cü illərdə Azərbaycana diri çəkidə heyvan idxalı 68,4 faiz artıb. Fikrimizcə, bunun nə demək olduğunu izah etməyə ehtiyac yoxdur.
Başqa bir problem. Hər bir sahənin inkişafının əsas şərtlərdən birinin onun maliyyəsinin təmin edilməsi olduğunu bilməyən yoxdur. Maliyyə isə banklarda olur. İndi gəlin görək kəndlinin həmin maliyyəyə, yəni pula əli çatırmı? Məsələn, deyək ki, kəndliyə buzov almaq üçün kredit lazımdır. Bank ona kredit verdiyi andan (o da verərsə) aylıq faiz hesablamağa başlayacaq. Həmin buzov isə iki ildən sonra böyüyüb bala verəcək. O balanın böyüyüb əmtəə halına düşməsi üçün də əlavə iki il vaxt lazım olacaq. Bank isə gözləməyəcək, hər ay ödəniş tələb edəcək. Belə olan halda hansı kəndli bu ağır yükün altına girər?! Sözsüz ki, haqq-hesabını, gəlirini-çıxarını bilən heç bir kəndli.
Özüm dağ kəndində doğulmuşam. Kəndimizin yanında yamyaşıl dağlar, meşə və tarlalar, həmçinin örüş yerləri var idi. İndi isə kəndin mal-qarası meşəyə buraxılmır, deyirlər, qoruqdur, örüş əraziləri icarəyə verilib, deyirlər, əkin yerləridir. Əvvəllər kəndin ətrafında kolxoza məxsus əkin yerləri biçiləndən sonra iki-üç ay kəndin naxırı və qoyun sürüsü orada otlayırdı. İndi o torpaqlar özəl təsərrüfatındır və kəndlinin o səmtə baxması da qadağandır. Belə vəziyyət təkcə bizim kəndəmi aiddir? Təbii ki, yox, bu cür hal əksər kəndlərdə hökm sürür. Sonra da deyirik ki, ət niyə bahadır?
© Rüstəm KAMAL, "Azərbaycan"
Müştərilərin xəbərləri

"PAŞA Holding"in təşkil etdiyi növbəti “INMerge” İnnovasiya Sammitinə "Netflix" in həmtəsisçisi Mark Randolf gəlir!
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
3 gün sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
- 5 saat əvvəl
-
- 7 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Abşeron dairəvi dəmir yolu üzrə qatarların yeni hərəkət cədvəli açıqlandı
-
2 gün əvvəl
8 ayda mobil operatorlar 826 milyon manat gəlir əldə ediblər
-
2 gün əvvəl
Mələk investorların diqqətinə - ABŞ-dan ekspertlər gəlir, təcrübələrini bölüşəcəklər
-
2 gün əvvəl
"Su təchizatına yatırılan hər 1 dollar dövlətə 2 dollar həcmində vergi formasında geri qayıdır"
-
2 gün əvvəl
Mərkəzi Bank "Mercedes-Benz"in Azərbaycandakı distributoruna lisenziya verib
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

İri şəbəkəyə satıcı - kassirlər tələb olunur

Sentyabrın 14-də gözlənilən hava şəraiti

Azərbaycan neftinin son qiyməti

Mələk investorların diqqətinə - ABŞ-dan ekspertlər gəlir, təcrübələrini bölüşəcəklər

"Su təchizatına yatırılan hər 1 dollar dövlətə 2 dollar həcmində vergi formasında geri qayıdır"

“Mələk İnvestorlar Məktəbi” Bakıda yeni formatda təşkil olunacaq

Azərbaycada 280 min nəfər işsiz əhali var

Azərbaycanda sement, armatur, beton və əhəng istehsalı azalıb

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Dövlət 3 bankda 450 milyon manat depozit yerləşdirdi
.webp)
TuranBank 15 milyon dollarlıq saziş imzalayıb
