“Yüksəliş” müsabiqəsinin qalibinə yüksək vəzifə verildi
Dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi Kamal Hüseynli “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) törəmə şirkəti olan “ADY Ekspress”-də direktor müavini vəzifəsinə təyinat alıb.
Bu barədə Marja-ya “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib.
Qeyd edilib ki, Kamal Hüseynli 2022-ci ildə “Yüksəliş” müsabiqəsinin final mərhələsinə vəsiqə qazanıb, bu il isə həyata keçirilmiş sayca dördüncü müsabiqədə qalib adına layiq görülüb. Onun zəngin təhsil və peşəkar təcrübəsi bu uğurun təməlini təşkil edir.
O, 2012-2014-cü illərdə Xaricdə Təhsil Dövlət Proqramı çərçivəsində İsveçrənin Beynəlxalq Cenevrə Universitetində maliyyə və mühasibatlıq ixtisası üzrə bakalavr dərəcəsi alıb. 2016-2017-ci illərdə isə Kamal Hüseynli Barselona Muxtar Universitetində beynəlxalq biznesin idarəolunması üzrə magistr təhsili alaraq universiteti uğurla başa vurub. Hazırda isə o, Böyük Britaniyanın York Universitetində “Azərbaycanın neft iqtisadiyyatından yaşıl iqtisadiyyata keçidi” mövzusunda PhD dərəcəsi üzrə təhsilini davam etdirir. Kamal Hüseynli, həmçinin bir sıra nüfuzlu beynəlxalq maliyyə institutlarının sertifikatlarına layiq görülüb.
Peşəkar iş fəaliyyətinə 2017-ci ildən etibarən Azərbaycan Dəmir Yollarında kiçik maliyyə mütəxəssisi kimi başlayan Kamal Hüseynli müxtəlif illərdə ADY və onun törəmə şirkətlərində iqtisadçı, baş iqtisadçı, büdcə və modelləşmə şöbəsinin rəisi kimi məsul vəzifələrdə çalışıb.
Kamal Hüseynlinin yeni təyinatı ADY-nin gənc və istedadlı kadrların inkişafına verdiyi önəmi, həmçinin insan resurslarının strateji idarə olunması sahəsindəki səylərinin bariz nümunəsidir.
Qeyd edilib ki, ADY əməkdaşlarının inkişafını, yerli və beynəlxalq müsabiqələrdə uğurla iştirakını təmin etmək üçün “Liderlik bacarıqlarının inkişaf etdirilməsi”, “Flaqman” kimi proqramlar həyata keçirir. Bu proqramlar ADY-də rəhbər və qeyri-rəhbər vəzifələrdə çalışan, liderlik potensialı yüksək olan istedadları müəyyən edir, onların karyera inkişafına əhəmiyyətli töhfə verir. Xüsusilə, “Flaqman” proqramı yüksək potensiallı əməkdaşların müəyyən olunması, onların idarəçilik bacarıqlarının inkişaf etdirilməsi, fərdi inkişaf proqramlarının hazırlanması, kritik vəzifələr üçün gənc davamçıların yetişdirilməsi və işçi heyətinin təqdir olunması proseslərini özündə birləşdirir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 10 saat əvvəl
-
- 11 saat əvvəl
-
11 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
14 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi

























